Ukraynalı ekspert: 2026-cı ildə müharibənin davam edəcəyi ehtimalı çoxdur
Kiyev, 15 yanvar, AZƏRTAC
Amerika Birləşmiş Ştatları Prezidenti Donald Tramp rəsmi Kiyevi sülh sazişini gecikdirməkdə ittiham edib. ABŞ lideri bildirib ki, Rusiya deyil, Ukrayna potensial sülh sazişini gecikdirir.
Ukraynalı siyasi ekspert İvan Us AZƏRTAC-a açıqlamasında sülh sazişinin imzalanması ilə bağlı mövcud vəziyyətin ürəkaçan olmadığını təsdiqləyib.
İvan Us hesab edir ki, Ukrayna və Rusiya arasında sülh planına dair danışıqlar getsə də, nəticədən danışmaq hələ ki, tezdir: “Sülh danışıqları davam etsə də, bütün bunlar nəzəriyyədir. Praktik olaraq isə müharibə davam edir. Rusiya Ukraynaya hücumlarını davam etdirir və dayanmaq fikrində deyil. Çox güman ki, müharibə 2026-cı ildə də davam edəcək. Sonrakı proseslər isə Rusiya iqtisadiyyatındakı böhrandan asılı olacaq. Əgər Rusiya iqtisadiyyatı müharibəni davam etdirməyə davamlı olmasa, onda hər hansı nəticə mümkündür. Ukrayna iqtisadiyyatında da problemlər var. Ancaq Ukraynanın iqtisadi problemlərin həllinə dəstək verən tərəfdaşları var”, - deyə İvan Us bildirib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:46]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:37]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]