Ukraynalıların və turistlərin sevimli məkanı “Mejiqore”dən FOTOREPORTAJ
Kiyev, 17 avqust, AZƏRTAC
Ukraynanın 4-cü prezidenti olmuş Viktor Yanukoviçin Kiyev vilayətinin Vışqorod rayonundakı Novı Petrovtsı ərazisində yerləşən “Mejiqore” iqamətgahı hazırda milli park kimi fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, milli parkın ərazisi iki hektara yaxındır. Parka 200-ə yaxın işçi xidmət edir. Burada turistlər üçün müxtəlif istirahət-əyləncə yerləri mövcuddur. Parkda müxtəlif növ heyvanların saxlanıldığı bağça, qolf üçün ərazi, atçılıq klubu, tennis kortu, köhnə avtomobillərin, qədim sənət əsərlərinin kolleksiyası, restoranlar var. 2014-cü ildən milli park kimi fəaliyyətə başlayandan sonra “Mejiqore”ni ilk günlərdə 100 mindən artıq insan ziyarət edib. Park bu gün də ukraynalıların və ölkəyə gələn turistlərin ən çox ziyarət etdiyi məkanlardan biri hesab olunur.
AZƏRTAC parkdan hazırladığı fotoreportajı təqdim edir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev