Ukraynanın ən yaxşı idmançıları məlum olub
Kiyev, 13 aprel, AZƏRTAC
Ukraynanın paytaxtında “2014-cü idman ilinin qəhrəmanları” müsabiqəsinin laureatları mükafatlandırılıb. Gimnast Oleq Vernyayev və qılıncoynadan Olqa Xarlan ilin ən yaxşı idmançıları elan olunublar. Onlar öz idman növləri üzrə dünya və Avropa çempionları adını qazanıblar. Xatırladırıq ki, AZƏRTAC artıq “Dünya çempionu Oleq Vernyayev: “Azərbaycan yığmasında çıxış edən dostlarımı görməyə tələsirəm” sərlövhəli müsahibədə tanınmış Ukrayna gimnastından söhbət açıb.
Olimpiya Oyunlarında estafetdə qələbə qazanmış qadınlardan ibarət biatlon dördlüyü (Vita və Valentina Semerenko bacıları, Yelena Pidqruşnaya və Yuliya Cima) “İlin komandası” adını qazanıb, akademik avarçəkmə üzrə Avropa çempionatında qələbə qazanmış İvan Dovqodko, Artyom Morozov, Aleksandr Nadtoki və Dmitri Mixaydan ibarət dördlük ilin sensasiyası olub.
Biatlonçu Vita Semerenko və kanoeçi Yuri Çeban Ukrayna idmanının qəhrəmanları elan olunublar, yeniyetmələr arasında yüngül atletika üzrə II Olimpiya Oyunlarında hündürlüyə tullanma üzrə çempion olmuş Yuliya Levçenko “Ukraynanın Olimpiya ümidi” adını qazanıb.
Özünə güvənən idmançılar da diqqətdən kənarda qalmayıblar: bu mükafatı ikiqat çempion, Soçidə keçirilmiş Qış Paralimpiya Oyunlarında görmə qüsuru olan idmançılar arasında xizək yarışları və biatlon üzrə gümüş və bürünc mükafat almış Vitali Lukyanenko qazanıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:11]
Kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub
- 02.06.2026 [16:46]
Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək
- 02.06.2026 [16:26]
Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub
- 02.06.2026 [15:58]
“Şamaxı”nın yeni baş məşqçisi növbəti mövsüm üçün hədəfləri açıqlayıb
- 02.06.2026 [15:34]