UKRAYNANIN İDMAN GİMNASTİKASI ÜZRƏ YIĞMA KOMANDASININ LİDERİ AVTOMOBİL QƏZASINDA HƏLAK OLMUŞDUR
AZƏRTAC-ın Ukrinformdan aldığı xəbərə görə, əməkdar idman ustası, Ukraynanın idman gimnastikası üzrə milli komandasının lideri, 26 yaşlı Olimpiya çempionu Aleksandr Bereş fevralın 29-da axşam Kiyevin ətrafındakı Konçe-Zaspe qəsəbəsindəki Olimpiya bazası yaxınlığında baş vermiş avtomobil qəzasında həlak olmuşdur. Onun sürdüyü “Pejo” magistral yola çıxarkən “BMV-740” markalı avtomobillə toqquşmuşdur.
Ukrayna yığmasının digər üzvü, 25 yaşlı Sergey Vyaltsev qəza zamanı Bereşin maşınında olmuşdur. O, ağır vəziyyətdə Kiyev təcili tibbi yardım xəstəxanasına çatdırılmış və cərrahiyyə əməliyyatından sonra özünə gəlmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]
“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir
- 28.09.2026 [11:58]
Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək
- 28.09.2026 [11:00]
UEFA Millətlər Liqası: Türkiyə bu gün İtaliyanı sınağa çəkəcək
- 28.09.2026 [10:37]