Ukraynaya kreditin maliyyələşdirilməsi Almaniyaya milyardlarla avroya başa gələcək
Bakı, 20 dekabr, AZƏRTAC
Ukraynaya planlaşdırılan 90 milyard avroluq kreditin maliyyələşdirilməsi iştirakçı ölkələr üçün ildə təxminən 3 milyard avro xərc deməkdir.
AZƏRTAC xəbər verir ki, bu barədə DPA xəbər agentliyi Avropa diplomatlarına istinadla məlumat yayıb.
Agentliyin hesablamalarına görə, uzunmüddətli perspektivdə bu, Almaniya üçün illik təxminən 700 milyon avro əlavə xərc yarada bilər.
DPA qeyd edir ki, milli töhfələr hər bir ölkənin iqtisadi gücünə əsasən hesablanır. Eyni zamanda, Macarıstan, Slovakiya və Çexiyanın Kiyevə yardım paketinin maliyyələşdirilməsindən azad olunması barədə razılıq əldə edilib.
Bundan əvvəl Avropa İttifaqı sammitinin iştirakçıları Kiyevə “təzminat krediti” adı altında dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi məsələsində razılığa gələ bilməmişdilər. Bunun əvəzinə, Aİ ölkələrinin kollektiv kreditləri hesabına Ukraynaya 90 milyard avro məbləğində faizsiz kreditin verilməsi qərara alınmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]