SİYASƏT
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır
Yevlax, 14 iyun (AZƏRTAC, Tahir Ağaməmmədov). Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatında “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın xilaskarıdır” mövzusunda “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film göstərilmişdir. YAP rayon təşkilatının aparat rəhbəri Əli Quliyev, gənclər birliyinin sədri Ariz Mikayılov və başqaları çıxış edərək, 1990-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyun ayı ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidi ilə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışlar.
Milli Qurtuluş Günü münasibətilə rayon ictimaiyyətinin nümayəndələri Yevlax şəhərinin mərkəzi meydanında dahi rəhbər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Həmin gün Sahil Bulvar Kompleksində geniş bayram konserti olmuşdur. Rayon musiqiçilərinin ifa etdikləri rəngarəng musiqi nömrələri sakinlər tərəfindən sevinclə qarşılanmışdır.