Ulu öndər Heydər Əliyevin 16 il əvvəl imzaladığı Fərman xalqın qan yaddaşını oyatmışdır
Mingəçevir, 31 mart (AZƏRTAC). Martın 31-də Mingəçevir Turizm Kollecində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-nəzəri konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda kollecin direktoru professor Əyyub Əyyubov çıxış etmişdir. Bildirilmişdir ki, erməni millətçilərinin mənfur siyasəti nəticəsində zaman-zaman torpaqlarımızın böyük bir hissəsi işğal olunmuş, yüz minlərlə soydaşımız amansızcasına qətlə yetirilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin 16 il əvvəl imzaladığı Fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi xalqın qan yaddaşını oyatmışdır. Həmin vaxtdan etibarən əsrlər boyu xalqımızın başına açılmış, məqsədli şəkildə ört-basdır edilmiş qanlı soyqırımı və deportasiya hadisələrinin əsl mahiyyəti tarixçilər, arxivşünaslar tərəfindən tədqiq edilməyə başlanmış, qaranlıq səhifələrə aydınlıq gətirilmişdir.
Konfransda müəllim və tələbələrin 1918-ci ilin mart qırğınlarına, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından deportasiyasına, ermənilərin müasir dövrdə Dağlıq Qarabağda törətdikləri cinayətlərə dair məruzələri dinlənilmiş, soyqırımı dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Qeyd edək ki, martın 31-də kollecin bütün tədris qruplarında dərslər 1918-ci ilin martında baş verən bu qanlı hadisələr barədə söhbətlərlə başlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.04.2026 [15:53]
31 Mart soyqırımı: tarixi həqiqətlər və müasir araşdırmalar
- 31.03.2026 [21:56]