Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ulu Öndərin ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayakdır

Ulu Öndərin ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayakdır

XX əsrin sonu Azərbaycan dövlətinin, xalqının həyatında taleyüklü bir dövrdür. Azərbaycanın daxilində və ətrafında yaranan siyasi vəziyyət həmin dövrdə hakimiyyətdə olanların şəxsi keyfiyyətlərinin aydın mənzərəsini yaradır. Dövlətçilik təcrübəsi olmayan, səriştəsiz, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan şəxslərin hakimiyyətdə olmasının hansı çətinliklərə, faciələrə gətirib çıxardığı tariximizin qara səhifəsində öz əksini tapıb. Müstəqilliyimizin yenidən bərpasının ilk illəri məhz belə xarakterizə olunur. Azərbaycan öz dövlət müstəqilliyini 1991-ci il oktyabrın 18-də bərpa etsə də, o dövrdə hakimiyyətdə təmsil olunanların siyasi çəkişmələri, vəzifə davaları ucbatından ölkədə vəziyyət getdikcə mürəkkəbləşirdi. Azərbaycan parçalanma, müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir mürəkkəb vəziyyətdə Vətənin və xalqın taleyinə biganə qala bilməyən ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. Ümummilli Lider məsuliyyəti öz üzərinə götürərək Azərbaycanın düşdüyü ağır vəziyyətdən xilasının yollarını açıqladı. Dahi şəxsiyyət “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına, ölkəmizin bu ağır vəziyyətdən çıxmasına həsr olunacaqdır. Mənim başqa məqsədim, amalım yoxdur. Bunu isə mən xalqla birlikdə, xalqın dəyərli insanları, hörmətli adamları ilə, xalqın irəli çəkdiyi nümayəndələri ilə birlikdə edə bilərəm” söyləyərək düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkədə mövcud siyasi gərginliyi aradan qaldırdı, sabitliyi təmin etdi. Xalqının sevgisini, ona olan inamını və etimadını isə Ümummilli Lider belə dəyərləndirmişdir: “Həyatımın mənasını ancaq xalqa sədaqətlə xidmət etməkdə görürəm. Bir daha bəyan edirəm ki, mənim üçün ən yüksək mükafat bundan sonra da xalqın etimadını doğrultmaqdan ibarətdir”.

AZƏRTAC xəbər verir ki bu fikirlər Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadənin “Ulu Öndərin ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayakdır” adlı məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Ümummilli Lider Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxararaq Ona olan ümidləri, etimadı doğrultdu. Məhz bu inama, xalqın dəstəyinə söykənərək 1993-cü ilin iyunundan 2003-cü ilədək olan dövrdə Azərbaycanın gələcəkdə ən yüksək zirvələri fəth etməsi üçün möhkəm təməl yaradıldı. Ölkəmizin sabitlik diyarına çevrilməsi hər zaman yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslarına görə dünyanın diqqətində olan Azərbaycana marağın daha da artmasına, 1991-1993-cü illərdə mövcud siyasi gərginliyə görə ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin tərəddüdlərinin aradan qaldırılmasına səbəb oldu. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü ildə xarici şirkətlərlə tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. Bununla da iqtisadi inkişafın, dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu.

Ulu öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış inkişaf strategiyası, ideyaları müasir müstəqil Azərbaycanın qarşısında mayak rolunu oynayır. Bu gün hər birimizin qürurla bəhs etdiyimiz uğurların təməli məhz həmin dövrdə qoyulub. Müasir müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun inkişafında Heydər Əliyevin xidməti olmasın. Ümummilli Lider Azərbaycanın ilk Konstitusiyasının müəllifidir. Amma qeyd etdiyimiz kimi, ulu öndər Heydər Əliyev əvvəl Ali Qanunumuzda qeyd olunan müstəqil Azərbaycan dövlətini yaratdı, bütün sahələrdə təməllərini müəyyən etdi və bu fikri xüsusi vurğuladı ki, əgər hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar. Milli Konstitusiyamız ölkəmizin inkişafına, insan hüquq və azadlıqlarının müdafiəsinə, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsinə yol açdı. Ali Qanunun qəbulu Azərbaycanın demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla irəliləməsini şərtləndirdi. 1998-ci ildə Şərqdə ilk dəfə olaraq ölkəmizdə ölüm hökmü ləğv olundu. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini özündə əks etdirən humanistlik nəticəsində 1995-ci ildən əfv sərəncamları imzalandı, Amnistiya aktları qəbul olundu. Bu sənədlərə əsasən minlərlə vətəndaşımız azadlığa qovuşub.

Demokratiyanın vacib amillərindən biri kimi söz, mətbuat azadlığının inkişafı istiqamətində atılan addımlar da davamlılığı ilə diqqət çəkib. Mətbuatın dünya təcrübəsindən bəhrələnməsi, xüsusilə KİV-in maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, o cümlədən jurnalistlərin peşəkarlığının artırılması və hüquqlarının qorunması üçün bütün zəruri addımlar atılıb, tədbirlər həyata keçirilib. 1998-ci ildə senzuranın ləğvi müstəqil mətbuatın inkişafında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Mətbuata göstərdiyi diqqət və qayğının nəticəsi idi ki, ulu öndər Heydər Əliyev 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşdür.

Məhz qurulan möhkəm təməl üzərində biri-birindən əhəmiyyətli uğurlara imza atan Azərbaycan siyasi müstəqilliyini də təmin etdi. Ümummilli Lider müstəqillik yollarında ilk addımın atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən ilk olaraq xaricdə varlığını önə çəkərək ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın prioritetlərini açıqlamışdır. Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində atdığı addımlar, genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını artırmaqla yanaşı, ölkəmizin dünya birliyində yeri və mövqeyini möhkəmləndirdi. Azərbaycanın səsi bir çox beynəlxalq təşkilatların tribunalarından eşidilməyə başladı, diplomatik uğurlara imza atıldı. Ölkəmizin ətrafında yaradılan informasiya blokadasının yarılması istiqamətində qətiyyətli addımlar atan ulu öndər Heydər Əliyevin diaspor quruculuğu prosesini dövlətin siyasətində prioritet məsələ kimi öndə saxlaması da bu məqsədə xidmət edirdi ki, bütün dünya azərbaycanlıları bir ideya, bir amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşsinlər. Ulu Öndərin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesinin geniş vüsət almasında əhəmiyyətli rol oynadı. Ümummilli Lider bildirmişdir: “Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik”. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya ətrafında sıx birləşdirdi, Azərbaycanın qüdrətlənməsinə öz töhfələrini vermək üçün səylərini birləşdirməyə çağırışlar etdi. Bir mühüm məqamı da nəzərə alaq ki, azərbaycançılıq milli ideologiyanın əsası kimi müxtəlif xalqların, mədəniyyətlərin, konfessiyaların birliyini təcəssüm etdirir. Azərbaycan tolerant ölkədir, müxtəlif xalqların, millətlərin nümayəndələri sülh, əmin-amanlıq, dostluq şəraitində yaşayırlar. Ümummilli Lider Azərbaycan əhalisinin çoxmilli tərkibini sərvətimiz, üstünlüyümüz kimi dəyərləndirirdi.

İqtisadi və siyasi islahatların vəhdətliyi, dünya azərbaycanlılarının bir ideya ətrafında sıx birliyi, soydaşlarımızın yaşadıqları ölkələrin ictimai-siyasi proseslərində fəal iştirakı, həqiqətlərimizin təbliğinə verdikləri töhfələr, həmçinin real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğatımız nəticəsində diplomatik mübarizədə qələbəmiz o dövr üçün yeganə problemimiz olan, amma hazırda tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllinə yol açırdı. Ümummilli Lider diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı, “Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik” söyləyərək ordu quruculuğuna da xüsusi diqqət yetirdi. Bir mühüm məqamı qeyd etmək istərdik ki, müstəqilliyimizin bərpasının ilk illərində torpaqlarımızın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsində o illərdə nizamsız ordumuzun torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarına xidmət etməsi əsas rol oynadı. Ulu Öndərin hakimiyyətə qayıdışı bu sahədə də uğurlara yol açdı. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Ümumilikdə 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf, tərəqqi dövrü kimi yazıldı.

Ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən danışarkən Yeni Azərbaycan Partiyasının yaradılmasını xüsusi qeyd etməliyik. Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, Azərbaycanın uğurlarının bələdçisi olmaqla yanaşı, eyni zamanda, tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda keçirdiyi VII qurultayında qəbul etdiyi yeni qərarlarının icrası istiqamətində mühüm addımlar atır. Fəaliyyətini daim yeni dövrün tələblərinə uyğun quran YAP dövlətimizin daha da güclənməsinə, xalqımızın rifahının yüksəlməsinə özünün sanballı töhfələrini verir. Bu gün sıralarında 800 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının təbliği istiqamətində fəallığını daha da artırır.

Ulu Öndərin Azərbaycan dövləti, xalqı qarşısındakı xidmətlərinin miqyası genişdir, əvəzsizdir. Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı üçün qoyduğu irs çox zəngindir. Onun fəaliyyətinin hansı dövrünə nəzər salsaq bir çox araşdırma, tədqiqat mövzusudur. Hələ dahi şəxsiyyətin fəaliyyətinə həsr olunan neçə-neçə kitablar yazılacaq. Çünki hər yeni nəşr Onun dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin daha bir istiqamətini ortaya qoyur, bizlərə çatdırır. Ümummilli Liderin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dahi şəxsiyyətin xidmətlərinin, Onun ideyalarının daim yaşayacağını və Azərbaycanın gələcək inkişafına işıq salacağını özündə ehtiva edir. Bu baxımdan Onun xidmətlərini bir yazıda əhatə etmək mümkünsüzdür. Bugünkü müstəqil, müasir, demokratik, iqtisadiyyatı sürətlə inkişaf edən, həmçinin böyük qürur hissi ilə qeyd etdiyimiz qalib Azərbaycan Onun şah əsəridir.

Ulu öndər Heydər Əliyev 2003-cü ildə müasir müstəqil Azərbaycanın davamlı inkişafını, xalqımızın uğurlu gələcəyini təmin etmək üçün ən böyük töhfəsini təqdim etdi. 1 oktyabr 2003-cü ildə xalqa müraciətində Prezident İlham Əliyevin və Yeni Azərbaycan Partiyasının inamın və etimadın növbəti ünvanı olduğunu bildirdi. Son 18 ildə Heydər Əliyev siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın yeni-yeni hədəflərin müəyyənləşdirilməsini və onlara çatmaq imkanlarını təmin edir. Bu reallıq hər bir Azərbaycan vətəndaşını qürurlandıraraq sabaha daha inamla addımlamasına əsas verir ki, vaxtilə yeni, müstəqil Azərbaycan barədə düşünüb xəyallar qururduqsa, artıq ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində artıq əldə edilənlərlə kifayətlənməyərək daim irəli baxmağa çağırışlar edilir, yeni-yeni hədəflər müəyyənləşdirilir, onlara çatmaq üçün birgə səylər göstərilir. Prezident kimi fəaliyyətə başladığı gündən xalqı qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan möhtərəm Prezidentimiz İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləyərək, bu vədini əməli işi ilə təsdiqlədi. Məhz sözlə əməlin birliyi onun 2008, 2013 və 2018-ci il prezident seçkilərində inamlı qələbəsini şərtləndirdi. Ölkə Prezidenti daim bu fikri bildirir ki, sosial-iqtisadi göstəricilər Azərbaycanın hərtərəfli inkişafı barədə aydın təsəvvür yaradır.

Bu gün ölkəmizin sürətli inkişafı yeni-yeni istiqamətləri əhatə edir və regionda lider dövlət olduğunu, dünya birliyinin fəal üzvünə çevrildiyini təsdiqləyir. Azərbaycanın Cənubi Qafqaz regionu iqtisadiyyatının 85 faizinə sahib olması uğurlu, təkmil sosial-iqtisadi islahatlara əsaslanır. Azərbaycan uğurları ilə dünyanın nüfuzlu maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Bu günlərdə Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə Toplantısı Azərbaycanın malik olduğu iqtisadi imkanların bir daha təqdimatı oldu.

Təbii ki, hər bir ölkənin inkişafı onun daxili potensialının yüksəlməsi ilə yanaşı, beynəlxalq aləmdə çəkisinin, yerinin, rolunun artmasında da ifadə olunur. Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlər malik olduğumuz imkanların, ən əsası Heydər Əliyev siyasətinin uğurlu nəticəsi olaraq formalaşmış inkişaf modelimizin təqdimatında və dəstəklənməsində mühüm rol oynayır.

Son 18 ilin uğurlarının zirvəsində dayanan tarixi Zəfərimiz 1993-cü ildən başlanan Heydər Əliyev yolunun təqdimatıdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan Ordusu 44 gündə 30 ilin işğalına son qoydu, Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi. Bu gün hər bir Azərbaycan vətəndaşı qalib ölkəsinin daha da qüdrətlənməsi üçün üzərinə düşən vəzifəni yerinə yetirməyə səy göstərir. Vətən müharibəsində nümayiş etdirdiyimiz birliyimiz sayəsində işğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işlərini də uğurla başa vuracaq, soydaşlarımızın Böyük Qayıdış sevincinə qatılacaq, Qarabağımızın, Şərqi Zəngəzurun inkişafına dəstək olacağıq. Son bir ilin statistikası onu deməyə əsas verir ki, ölkə Prezidenti artıq sahibinə qovuşmuş ərazilərimizi müasir tələblərə uyğun bərpa edib qısa zamanda sakinlərinin ixtiyarına verməyə çalışır.

Xalqımız tam əmindir ki, Heydər Əliyev siyasəti hələ bundan sonra Azərbaycanımıza daha möhtəşəm uğurlar qazandıracaq. Təbii ki, Azərbaycanın bu uğurlarında, Heydər Əliyev irsinin təbliğində onun adını daşıyan Fondun böyük rolu vardır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına verdiyi töhfələrində öz aydın ifadəsini tapır. Ulu öndər Heydər Əliyevin milli dövlətçilik ideyalarını yeni nəslə daim aşılamaq məqsədi ilə yaradılan Heydər Əliyev Fondu ölkənin ictimai həyatında mühüm rol oynayan quruma çevrilib. Bircə faktı qeyd etmək kifayətdir ki, artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayan informasiya müharibəsinə Heydər Əliyev Fondunun töhfələri böyükdür. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün müxtəlif dillərdə kitablar nəşr olunub. Bu vəsaitlərdə Qarabağın tarixi, Ermənistanın işğalçı, terrorçu dövlət olması, Xocalıda XX əsrin ən dəhşətli soyqırımını törətməsi, erməni terror təşkilatlarının dinc azərbaycanlılara, türklərə qarşı vəhşilikləri barədə geniş məlumatlar öz əksini tapır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın həyata keçirdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ermənilərin əsl simasını görməklə yanaşı, bir sıra ölkələrin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanıdı.

Uğurlarımız yeni-yeni hədəflərə, təkmilləşməyə, yeniləşməyə çağırışlar edir. Keçmişlə deyil, daim gələcəklə yaşayan Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir. Bu əminliyə əsas verən Heydər Əliyev ideyaları və onları həyata keçirən ölkə Prezidenti İlham Əliyevin xalqına arxalanaraq qəbul etdiyi qərarlar, irəli sürdüyü təşəbbüslər, daim təkmilləşdirdiyi islahatlardır. Xalqımızın ulu öndər Heydər Əliyevə məhəbbəti onun özü kimi əbədidir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev ürəklərdə yaşayacaqdır!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nyu-York ştatında qızılca hallarının artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib

İsrail Qolan təpələrində yeni müdafiə xətti qurur

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir