ULU ÖNDƏRİN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ ŞEİR MÜSABİQƏSİNƏ YEKUN VURULMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Masallı şəhər mədəniyyət evində ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş «Heydər Əliyev ən böyük azərbaycanlıdır» mövzusunda keçirilən şeir müsabiqəsinə yekun vurulmuşdur.
Rayon Təhsil Şöbəsinin Mədəniyyət və Turizm Şöbəsi ilə birgə məktəblilər arasında keçirdiyi müsabiqənin final mərhələsində 20 şagird iştirak etmişdir.
Qaliblərə diplomlar və xatirə hədiyyələri verilmişdir.