“ÜMUMDÜNYA YOL HƏRƏKƏTİ TƏHLÜKƏSİZLİYİ GÜNÜ” AZƏRBAYCANDA DA QEYD OLUNACAQDIR
AZƏRTAC Dövlət Yol Polisi İdarəsinə istinadla xəbər verir ki, aprelin 7-si Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası Nəqliyyat Komitəsinin təşəbbüsü ilə Avropa dövlətləri ərazisində “Ümumdünya yol hərəkəti təhlükəsizliyi günü” elan olunmuşdur. Məqsəd yollarda hərəkət iştirakçılarının qeyri-nümunəvi davranışının qarşısının alınmasından və yol-nəqliyyat hadisələrinin profilaktikasından ibarətdir.
Bu tədbir Azərbaycanda da qeyd ediləcəckdir.