Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ümummilli lider Heydər Əliyevə ən yaxşı abidə günbəgün çiçəklənən Azərbaycandır

Müasir Azərbaycan tarixinin ən kədərli günlərindən biri olan 2003-cü ilin 12 dekabrından bizi yeddi il ayırır. Zaman bizi uzaq Klivlenddən kədərli xəbəri aldığımız gündən uzaqlaşdırdıqca ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyətinin böyüklüyünü, bənzərsizliyini, qüdrətini və müdrikliyini, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlərin əzəmətini daha dərindən dərk edirik. Dərk edirik ki, bu dahi insanın liderlik missiyası təkcə öz xalqı üçün deyil, bütövlükdə dünya üçün həlledici rol oynamışdır.

Dahi liderin siyasi portretinin mühüm cəhətlərindən söhbət açan akademik Ramiz Mehdiyev haqlı olaraq yazır: “Müasir dövrdə Azərbaycanda da, bütün postsovet məkanında da, hətta deyərdik ki, bütün dünyada da gedən prosesləri Heydər Əliyevin fəaliyyət dairəsindən kənarda təsəvvür etmək mümkün deyildir”.

Bəli, bu, həqiqətən belə idi. Azərbaycanın dünyaya bəxş etdiyi bu nadir şəxsiyyətin, xarizmatik liderin fikri ilə bütün dünya hesablaşırdı. O, təkcə Azərbaycanda deyil, ölkənin hüdudlarından kənarda, həm Qərbdə, həm də Şərqdə heyrətamiz nüfuz qazanmışdı. ABŞ-ın sabiq prezidenti Corc Buş “Dünyada tanınmış görkəmli dövlət xadimi Heydər Əliyevin şəksiz liderliyinə, cəsarətinə, misilsiz dünyagörüşünə və nadir natiqlik istedadına valehəm”, Rusiya Federasiyasının Baş naziri Vladimir Putin isə “Mübaliğəsiz demək olar ki, Heydər Əliyev siyasət nəhəngi idi” - deməkdə tamamilə haqlıdırlar.

Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü Heydər Əliyevin - müasir müstəqil Azərbaycan dövlətçiliyinin banisinin adı ilə bağlıdır. Çağdaş tariximizə “Heydər Əliyev epoxası” kimi daxil olmuş həmin dövrdə Azərbaycan böyük uğurlara imza atmışdır. Bu 30 ildə Heydər Əliyev Azərbaycanın ən tənəzzüllü dövrlərində hakimiyyətə gəlmiş və ölkəni inkişaf yoluna çıxarmışdır. Yaxın tariximizdə ulu öndər iki dəfə siyasətdə və dövlət idarəçiliyində səriştəsizliyə, geriliyə, anarxiyaya qətiyyətlə son qoymuşdur. Heydər Əliyev birinci dəfə də, ikinci dəfə də eyni şəraitdə - ictimai münasibətlərin kəskin şəkildə gərginləşdiyi, dövlət idarəçiliyinin fundamental əsaslarının dağıldığı, cəmiyyətdə hərc-mərcliyin yarandığı dövrdə ölkəyə rəhbərlik etmiş, onu inkişaf relsləri üzərinə çıxarmışdır. O, öz xalqına, öz ölkəsinə xidmət etməyi özünün ən ali vəzifəsi hesab edirdi. O, həqiqətən tarixin qurucusudur, o, ölkəni qurmuş, dövləti yaratmış və möhkəmlətmişdir.

Sovet hakimiyyəti illərində Heydər Əliyev bütövlükdə sənayeni, neft və maşınqayırma komplekslərini modernləşdirmiş, texnoloji baxımdan yeni istehsal sahələri yaratmış, aqrar sahəni sürətlə inkişaf etdirmiş, yeni kadr potensialını formalaşdırmışdır və bununla da, müasir müstəqil Azərbaycan Respublikasının bünövrəsini qoymuşdur. Məhz Azərbaycanın gələcəyinə hesablanmış bu işlər müstəqilliyimiz üçün baza rolunu oynamışdır. Heydər Əliyev gələcəyi görməklə, onu proqnozlaşdırmaqla yanaşı, öz məqsədlərini ardıcıl olaraq, sarsılmaz bir əzmkarlıqla həyata keçirirdi. Onun ən ülvi arzusu isə Azərbaycanı azad, müstəqil, firavan, dünya birliyində layiqli yerlərdə görmək idi.

Moskvada SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində işləyərkən o, doğma Azərbaycanda baş verən prosesləri bir an belə nəzərdən qaçırmırdı. O vaxt Moskvada topladığı təcrübə Heydər Əliyevin artıq müstəqil Azərbaycanda həyata keçirməyə başladığı nəhəng layihələrin - TRASEKA strateji nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələri konsepsiyasının yaradılması üçün əsas olmuşdur.

Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycanın başının üstünü qara buludlar aldığı, ölkənin məhv olmaq təhlükəsi yarandığı dövrdə Heydər Əliyev xalqın təkidli tələbi və öz qəlbinin səsi ilə hakimiyyətə qayıtmış, gündəlikdə duran başlıca məsələləri - dövlətçiliyin məhv olmaqdan xilas edilməsi, müstəqilliyin möhkəmləndirilməsi, demokratik dövlət quruculuğu, cəbhədə atəşkəs rejiminə nail olunması, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məsələlərini qətiyyətlə həll etmişdir. Dahi lider bu vəzifələri həsəd aparılası bir ardıcıllıqla yerinə yetirirdi.

Ulu öndər Azərbaycanın mükəmməl xarici siyasət konsepsiyasını işləyib hazırlamışdır. Ölkəmizin xarici tərəfdaşları açıq etiraf edirlər ki, Heydər Əliyev dövlətin xarici siyasət konsepsiyasını - Azərbaycanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən körpü rolunu möhkəmləndirən, ölkənin modernləşməsinin əsasını qoyan konsepsiyanı son dərəcə tarazlaşdırılmış şəkildə quraraq, onu beynəlxalq inkişafın qlobal meyilləri ilə əlaqələndirmişdir. Müstəqil Azərbaycanda modernləşmə prosesi 1994-cü ildə aparıcı beynəlxalq neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanmasından başlanmışdır. Bu müqavilə milli iqtisadiyyatın inkişafına güclü təkan vermiş, onu keyfiyyətcə yeni çalarlarla zənginləşdirmişdir. Qısa müddətdə 22 beynəlxalq neft sazişinin imzalanmasına nail olan Heydər Əliyev bu layihələrin təkcə Azərbaycan və region üçün deyil, bütün Avropa üçün real və zəruri olmasına dünyanın maliyyə elitasını inandıra bilmişdi. O, cəbhədə qan tökülməsinə son qoymaqla, ölkədə möhkəm siyasi sabitlik yaratmaqla müstəqil Azərbaycan dövlətinin arxitekturasını qurmuş, milli dövlətçiliyimizin ideya təməlini qoymuşdur.

Xalqımızın qədim dəyərlərinin, ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin, tarixinin özümüzə qaytarılması xidmətləri məhz Heydər Əliyevə məxsusdur. Xilaskar liderin hakimiyyətə qayıdışı respublikamızda elmin və mədəniyyətin, ictimai və dövlət həyatının ən müxtəlif sahələrinin çiçəklənməsi ilə əlamətdar olmuşdur. Onun qayğı və diqqəti sayəsində yüzlərlə görkəmli elm və mədəniyyət xadimi, yaradıcı ziyalıların nümayəndələri öz istedad və qabiliyyətlərini inkişaf etdirmək və təkmilləşdirmək, öz potensiallarını maksimum üzə çıxarmaq imkanı əldə etmişlər. Heydər Əliyev elmi xalqın mənəvi həyatının ən mühüm elementi hesab edirdi. O bilirdi ki, vaxtında tətbiq edilmiş elmi-texniki nailiyyətlər və kəşflər dövlətə çox böyük fayda gətirir, iqtisadi və sosial həyat sahələrinin inkişafı üçün güclü stimula çevrilir. Buna görə o, qabaqcıl texnologiyaların tətbiqinə, elmin və istehsalın modernləşdirilməsinə, onların arasında əlaqələrin möhkəmləndirilməsinə həmişə tükənməz qayğı göstərirdi.

Ümummilli lider yüksəkixtisaslı kadr hazırlığına çox böyük əhəmiyyət verirdi. Hələ sovet dövründə yüzlərlə istedadlı gənc o vaxtkı böyük ölkənin ən qabaqcıl tədris müəssisələrinə təhsil almağa və təcrübə keçməyə göndərilirdi ki, respublikaya qayıdandan sonra əldə etdikləri bilikləri Vətənimizin naminə tətbiq etsinlər. O istəyirdi ki, Azərbaycan elmi müasir ideyaların, səmərəli axtarışların, elmi tədqiqatların güclü generatoruna çevrilsin.

İnformasiya blokadasının yarılmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında da ulu öndərin xidmətləri danılmazdır. O, hər dəfə xarici ölkələrə səfərə gedəndə Dağlıq Qarabağın tarixən Azərbaycana mənsub olmasını sübut edən müxtəlif qədim və müasir xəritələri özü ilə aparır, bu və ya digər ölkənin hər bir dövlət xadimi ilə söhbətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəblərini və nəticələrini açıqlayır, jurnalistlər üçün bir növ ustad dərsləri keçir, hadisələri necə işıqlandırmağı, yazılarda hansı məqamlara xüsusi diqqət yetirməyi izah edirdi.

O, Azərbaycançılıq ideologiyasını yaratmışdır. Məhz bu ideologiya sayəsində biz milli ideya, milli mənlik şüuru, millətin mədəniyyəti və digər mühüm anlayışları yeni tərzdə dərk etməyə başladıq. Xalqımızın vahid qüvvə kimi birləşməsində ulu öndərin xidmətləri ölçüyəgəlməzdir. Azərbaycan xalqına qarşı soyqırımı, onun deportasiyalara məruz qalması haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdıran məhz Heydər Əliyev olmuşdur. Bir sözlə, ümummilli lider Heydər Əliyevin əzmkarlığı sayəsində Azərbaycan haqqında tarixi həqiqətlərin bərpa edilməsi üçün çox böyük elmi tədqiqat işləri aparılmış və bunun nəticələri göz qabağındadır. Tam əminliklə demək olar ki, XX əsrin ikinci yarısında və XXI əsrin əvvəlində Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyevin adı ilə ayrılmaz surətdə bağlıdır.

O, zamanın və taleyin mütləq mənada ehtiyac duyduğu, tarixin yeni mərhələsində, yeni sosial-siyasi və iqtisadi şəraitdə özünün çox böyük fitri lider potensialını reallaşdıra bilmiş bir şəxsiyyət idi. Bu, hər kəsə nəsib olmur və XX yüzillikdə ondan başqa heç kəsə nəsib olmamışdır.

Dünya şöhrətli siyasi və dövlət xadimindən - atasından estafeti qəbul etmiş Prezident İlham Əliyev bu gün ölkəni total modernləşmə, tərəqqi və firavanlığa doğru aparır. Heydər Əliyevin siyasi kursuna, demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham Əliyev ölkəmizin milli maraqlarını, ümummilli liderin yaratdığı Azərbaycançılıq ideologiyasını ən yüksək səviyyədə müdafiə edir.

Elitar təfəkkürə malik olan Prezident cəmiyyətin bütün təbəqələrinin inamını qazanaraq sübut etmişdir ki, İlham Əliyev hakimiyyəti bütün Azərbaycan xalqının hakimiyyətidir. Azərbaycan Prezidentinin gördüyü işlər onun siyasi yetkinliyinə, nəinki ölkə miqyasında hadisələrin, həm də bütövlükdə geosiyasi prosesin inkişafının mümkün istiqamətlərini öncədən görməsinə dəlalət edir. Bunun nəticəsidir ki, Azərbaycan dünyanın ən sürətlə inkişaf edən dövlətinə çevrilmiş, söz və nüfuz sahibi olmuşdur. İndi Azərbaycanın razılığı və iştirakı olmadan regionda heç bir layihəni reallaşdırmaq mümkün deyildir.

Hazırda Azərbaycan, sözün əsl mənasında, başdan-başa quruculuq meydanına çevrilmişdir. Azərbaycan dinamik inkişaf yolu ilə möhtəşəm zəfərlərə doğru irəliləyir. Bütün bu zəfərlərin qanunauyğun yekunu isə çiçəklənən, qüdrətli Azərbaycandır - həqiqətən millətin xilaskarı olmuş, böyük Heydər Əliyevin arzuladığı Azərbaycandır.

Aslan Aslanov

AZƏRTAC-ın baş direktoru

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Britaniya ilə nəqliyyat və rəqəmsal inkişaf üzrə əməkdaşlıq barədə memorandum imzalayıb

Politoloq: Azərbaycanın milli təhlükəsizliyi hərbi güclə yanaşı, ideoloji və iqtisadi dayanıqlılığa əsaslanır

Azərbaycanın xarici işlər naziri Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb

® ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək “Money20/20”də finalçı kimi yarışacaq

Tacikistanın 8 vətəndaşı Azərbaycanın ali məktəblərində təhsil alacaq

Ötən ay mikromobillik vasitələrindən istifadə rekord göstəriciyə çatıb

Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən və dəyəri 500 min manatdan çox olan dərman vasitələri aşkarlanıb

Aqrar Subsidiya Şurası yaradılacaq

Türkmənistanda qadınların beynəlxalq dialoqu üzrə konfrans keçirilir

Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır

Aqrar sahə ilə bağlı yeni qanun layihəsi hazırlanıb

Botanika İnstitutu ilə Gotenburq Botanika Bağı arasında elmi əməkdaşlığın təməli qoyulub

DİN: Borclu şəxs qismində axtarışda olan 72 nəfər saxlanılıb

PAİ Assambleyasında Azərbaycanda dövlət idarəçiliyinin inkişafı diqqətə çatdırılıb

Azərbaycan klubunun basketbolçusu: İsveçrə təmsilçisi ilə oyunda qələbə üçün yaxşı imkanlarımız var

Allahşükür Paşazadə: Süni intellektdən istifadə zamanı mənəvi və etik hədlər gözlənilməlidir

Ümumdünya Poçt İttifaqının baş direktoru: Aİ-nin aşağı dəyərli bağlamalara rüsum tətbiqi poçt-logistika sektoruna təsir göstərə bilər

Media və Yayım Şurası: Azərbaycanın BND işi ilə əlaqələndirilməsi dezinformasiyadır

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur VİDEO

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib