Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı hesabat konserti təşkil edilib
Bakı, 16 may, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, 4 nömrəli Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının Opera Studiyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş hesabat konserti keçirilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları kiçik rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra tədbir rəngarəng konsert proqramı ilə davam edib. Konsertdə məktəbin müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri, nağaraçılar, saz ifaçıları ansamblı, xor kollektivi və “Leyla” rəqs ansamblı bir-birindən maraqlı ifalar təqdim ediblər.
Sonda məktəbin direktoru Cahangir Süleymanov çıxış edərək, şagirdlərə və tədbir iştirakçılarına təşəkkürünü bildirib.