ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti İslam Kərimov sentyabrın 12-də Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Özbəkistanın dövlət başçısı türk dünyasının görkəmli oğlu, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoydu, xatirəsini ehtiramla andı.
Prezident İslam Kərimov görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstəsi qoydu.
AIi qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verildi.
######
![]() |
![]() |

