CƏMİYYƏT
Ümummilli Liderin əziz xatirəsi Ankaradakı Heydər Əliyev Parkında ehtiramla anılıb VİDEO
![](/files/galleryphoto/2022/2/1200x630/16522425354044818954_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16521987861166843599_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/1652198786641164145_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16522425353178244595_1200x630.jpg)
Ankara, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə münasibətilə qardaş Türkiyədə silsilə tədbirlər keçirilib. Mayın 10-da Ümummilli Liderimizin əziz xatirəsi Ankaradakı Heydər Əliyev Parkında ehtiramla yad edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və diplomatik nümayəndəliyimizin kollektivi, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, o cümlədən Türkiyədə səfərdə olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanovun və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdikləri nümayəndə heyətləri Heydər Əliyev Parkında ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Milli Məclisi, Azərbaycanın Türkiyədəki səfirliyi və digər qurumlar adından Ulu Öndərin Ankarada ucalan abidəsi önünə əklillər qoyulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara