UNEC-dən fürsət: yeni kampusda 9 yeni ixtisas üzrə bakalavr təhsili
Bakı, 24 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2020/2021-ci tədris ilində texniki və texnoloji ixtisaslar üzrə 9 yeni ixtisas açılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, yeni açılan ixtisaslara kommunikasiya sistemləri mühəndisliyi, informasiya təhlükəsizliyi, elektrik və elektronika mühəndisliyi, maşın mühəndisliyi, sənaye mühəndisliyi, materiallar mühəndisliyi, ekologiya mühəndisliyi, kompüter elmləri və qida mühəndisliyi aiddir. Ümumilikdə isə UNEC-də I qrupa informasiya texnologiyaları ixtisası daxil olmaqla, 10 ixtisas üzrə qəbul aparılacaq.
Texniki və texnoloji ixtisaslarda təhsil alan tələbələrə daha bir töhfə isə yeni kampusun bu ildən istifadəyə veriləcəyidir.
Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan yeni tədris binasında 3 min tələbə təhsil ala biləcək. Yeni tədris binasında 30 auditoriya, 6 mühazirə otağı, ən müasir texnologiya ilə təchiz olunan 12 laboratoriya, 6 linqafon otağı, yeməkxana, idman zalı, kitabxana, böyük və kiçik konfrans zalları olacaq.
Texniki və texnoloji ixtisaslar yeni yaradılan Rəqəmsal iqtisadiyyat və Mühəndis iqtisadiyyatı fakültələrində tədris ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [19:27]
Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir
- 05.10.2026 [19:13]
NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub
- 05.10.2026 [18:21]
UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb
- 05.10.2026 [18:12]