UNEC-dən yeni sosial layihə: Evdə qal, sağlam qal
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yeni sosial layihəyə start verib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, universitetin Yaradıcılıq Mərkəzinin təşəbbüsü ilə istedadlı tələbələr və müəllimlər “Facebook” sosial şəbəkəsi üzərindən canlı olaraq musiqi nömrəsi təqdim edəcəklər. Layihənin məqsədi mövcud durumu nəzərə alaraq, #evdəqal #sağlamqal aksiyasına qoşulmaq, evdə qalan insanlara dəstək olmaq və xoş anlar yaşatmaqdır.
Layihənin ilk iştirakçısı UNEC-in iqtisadiyyat fakültəsinin 3-cü kurs tələbəsi, İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, UNEC Yaradıcılıq Mərkəzinin üzvü, istedadlı muğam ifaçısı Yusif Cəfərbəylidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [12:45]
Paytaxt məktəblisi öz mobil tətbiqini yaradıb
- 23.06.2026 [12:10]
ADPU Türkiyə universitetləri ilə əməkdaşlığı genişləndirir
- 23.06.2026 [11:57]
ADPU-da fakültələr üzrə məzun görüşləri təşkil olunub
- 23.06.2026 [11:24]
Professor Habil Məmmədovun 60 illik yubileyi qeyd olunub
- 23.06.2026 [11:18]
SABAH qruplarında tədris fəaliyyəti üçün müraciət qəbulu başlanıb
- 23.06.2026 [11:11]