UNEC ilə Manas Universiteti arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaranıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əməkdaşlıq çərçivəsində akademik mobillik və elmi əlaqələrin inkişafı istiqamətində mühüm addımlar atılıb.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Azamat Maksudunov ötən il “Orhun” mübadilə proqramı çərçivəsində UNEC-in Türk dünyası iqtisad fakültəsində satış idarəçiliyi, biznes elminə giriş və insan resurslarının idarə edilməsi fənləri üzrə mühazirələr oxuyub.
Tələbələrlə keçirilən görüşlər zamanı müasir idarəetmə yanaşmaları, əmək bazarında baş verən dəyişikliklər və satış strategiyaları ətrafında fikir mübadiləsi aparılıb. Səfər çərçivəsində gələcəkdə birgə elmi kitab layihəsinin hazırlanması imkanları da müzakirə olunub.
UNEC nümayəndə heyətinin Qırğızıstan-Türkiyə Manas Universitetində keçirdiyi görüşlərdə tələbə və müəllim mübadiləsinin genişləndirilməsi, ikili diplom proqramlarının yaradılması, birgə elmi nəşrlərin hazırlanması və ortaq tədqiqat layihələrinin həyata keçirilməsi məsələləri nəzərdən keçirilib.
Görüş və müzakirələrin nəticəsi olaraq iki universitet arasında əməkdaşlığın akademik mübadilə, birgə elmi tədqiqatlar, nəşr fəaliyyəti və yeni təhsil proqramlarının yaradılması istiqamətlərində daha da inkişaf etdirilməsi üçün geniş imkanlar formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [15:57]
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
- 02.10.2026 [15:49]
ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub
- 02.10.2026 [15:36]
BMU “ADEX 2026”da 11 elmi-tədqiqat nəticəsi və innovativ həll təqdim edib
- 02.10.2026 [15:28]
BDU EIFL-in Baş Assambleyasında təmsil olunub
- 02.10.2026 [14:48]
AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq
- 02.10.2026 [14:25]