UNEC-in dosenti: Professor Əziz Səncər Türk dünyası ölkələrinin gənclərinə dəstək göstərir
Bakı, 8 sentyabr, AZƏRTAC
Professor Əziz Səncər elmi fəaliyyəti ilə yanaşı, xeyriyyəçilik fəaliyyəti və gənclərə dəstəyi ilə də seçilir.
Bunu AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib. O bildirib ki, Nobel mükafatı laureatı Əziz Səncərin xeyriyyəçilik fəaliyyəti əsasən təhsil imkanları məhdud olan gənclərə dəstək göstərilməsi ilə bağlıdır.
“Əziz Səncər ABŞ-də Türk Evi yaradıb. Burada Türk dünyası ölkələrindən gələn gənclər üçün imkanlar yaradılıb. Onlar burada müəyyən müddət ərzində yaşayışla olunublar. Bu, Əziz bəyin öz həyatında qarşılaşdığı çətinliklərdən irəli gələn bir yanaşmadır. O istəyir ki, özündən sonra gələn türk gənclər eyni çətinlikləri yaşamasınlar”, – deyə dosent vurğulayıb. O qeyd edib ki, Əziz Səncərin yaratdığı Türk Evində Azərbaycanın da müxtəlif tədbirləri keçirilir, milli günləri qeyd olunur.
“Əziz bəy hər zaman Türk dünyasının bütün nümayəndələrini özünün bir parçası hesab edir. O, Azərbaycanı, Türkiyəni, Özbəkistanı və digər türk dövlətlərini bir bütöv kimi qəbul edir. Azərbaycanın diaspor fəaliyyətinə də ABŞ-də ciddi dəstək göstərir”, – deyə E.Bağırzadə bildirib. Dosent əlavə edib ki, Əziz Səncərin bu fəaliyyəti yalnız maddi yardım göstərməklə məhdudlaşmır. O, gənclərə təhsil və elm sahəsində düzgün istiqamət seçməkdə də tövsiyələr verir, bacarıqlı gənclərin universitetlərə və elmi mühitə yönləndirilməsinə dəstək göstərir.
“Əziz Səncərin fəaliyyətində əsas məqsədlərdən biri gələcək nəsillərin qarşısında imkanlar açmaqdır. O hesab edir ki, Türk dünyası ölkələrinə çox savadlı və bacarıqlı gənclər var. Sadəcə onlara yol açmaq, şərait yaratmaq və onları gələcəyimiz kimi görmək lazımdır”, – deyə E.Bağırzadə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.09.2026 [18:20]
Əziz Səncər: Türk dünyasının gələcəyi elm və texnologiyadan keçir
- 08.09.2026 [15:34]
Birləşmiş Krallıqda təhsil alacaq Dövlət Proqramı təqaüdçüləri ilə görüş
- 08.09.2026 [15:12]
Azərbaycanın oxu savadlılığı nəticəsində 40 bal artım – PISA 2025
- 08.09.2026 [15:10]