UNESCO-nun baş konfransı 40 ildə ilk dəfə Parisdən kənarda keçiriləcək
Bakı, 23 noyabr, AZƏRTAC
UNESCO-nun baş konfransının Parisdə keçirilən 42-ci sessiyasında növbəti sessiyanın 2025-ci ildə Səmərqənd şəhərində təşkili rəsmən təsdiq edilib.
AZƏRTAC xəbər verir ki, beləliklə, UNESCO-nun baş konfransı 40 il ərzində ilk dəfə Parisdən kənarda keçiriləcək. Fransanın paytaxtında baş tutan 42-ci sessiyada 2025-ci ildə 43-cü sessiyanın Özbəkistanın Səmərqənd şəhərində keçirilməsi təklifi dəstəklənib və müvafiq qərar qəbul olunub.
Tədbir Parisdən kənarda sonuncu dəfə 1985-ci ildə Bolqarıstanın Sofiya şəhərində keçirilib.
Qeyd edək ki, 1945-ci ilin noyabrında əsası qoyulan və baş qərargahı Parisdə yerləşən UNESCO BMT-nin təhsil, elm, mədəniyyət və Ümumdünya İrs Siyahısına daxil olan obyektlər üzrə ixtisaslaşmış qurumudur. Təşkilata 193 dövlət üzvdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [21:26]
Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər
- 05.10.2026 [21:12]
Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib
- 05.10.2026 [21:11]
Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır
- 05.10.2026 [20:33]
Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub
- 05.10.2026 [18:58]
Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb
- 05.10.2026 [17:58]