Uşaq musiqi məktəbi şagirdinin uğuru
Bakı, 11 yanvar, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 40 illik yubileyinə həsr olunmuş Akademik, Xalq və Caz Musiqisi İfaçılarının I Beynəlxalq onlayn müsabiqəsində uğurla çıxış edib.
İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqə “Fortepiano, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Xalq çalğı alətləri”, “İnstrumental ansambl”, “Vokal”, “Vokal ansamblı” nominasiyaları üzrə 6 yaş qrupu üzrə keçirilib.
Musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi Oqtay Xudiyev (müəllim - Sevda Rəhimova) 9-12 yaş qrupu üzrə yarışmada “Piano” nominasiyası üzrə “Diplomant” adına layiq görülərək diplomla mükafatlandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [16:04]
Sərdar Sarayı: Zamanın silə bilmədiyi maddi-mədəni irsimiz
- 18.06.2026 [14:58]
Niyazinin mənzil-muzeyində növbəti tədbir
- 18.06.2026 [14:31]