Vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar təlimlər keçirilir
Bakı, 8 yanvar, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən ölkəmizdə aparılacaq vaksinasiyanın təşkili və əlavə təsirlərinin idarə edilməsi ilə əlaqədar təlimlərə başlanılıb.
AZƏRTAC xəbər verir ki, TƏBİB-in departament rəhbəri Elmir Bəşirov deyib: “Respublikamızda vaksinasiyanı aparacaq həkim və tibb bacılarından ibarət briqadalar prosedurun aparılma qaydası ilə əlaqədar təlimatlandırılır. Ölkəmizdə vaksinasiya 150 məntəqədə aparılacaq. Həmin məntəqələrdə xəstənin qeydiyyatı, şikayətlərin qəbulu, qızdırmanın ölçülməsi, kompüterdə və jurnalda qeydiyyatın aparılma qaydası barədə məlumat verilir”.
Mütəxəssislərin dediyinə görə, elmi araşdırmalara əsasən xəstəliklərdə iki virusun eyni vaxtda insan orqanizminə mənfi təsir göstərməsi faktı yoxdur. Ümid etməyə dəyər ki, qış aylarından sonra dünya sağlam həyata qayıtmaq imkanı əldə edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]