Vaqif Sadıqov: “Qarabağ” nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq
Bakı, 21 aprel, AZƏRTAC
Yarımfinal mərhələsində mübarizə aparan bütün komandaların məqsədi finala yüksələrək kubokun qalibi olmaqdır. Hər kollektiv üçün cəmi bir oyun qalır və istənilən nəticə mümkündür. Hər şey həmin qarşılaşmalarda müəyyənləşəcək.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab matçları barədə danışarkən deyib.
O bildirib ki, “Zirə” - “Turan Tovuz” duelində hələ heç nə həll olunmayıb: “Cavab oyunlarıdır və kubokun taleyi demək olar ki, bir matçda həll olunur. İlk görüşdə müəyyən üstünlük əldə edilsə də, bu, yekun nəticə üçün həlledici deyil. “Zirə” bu gün öz meydanında çıxış edəcək, lakin rəqibin də ciddi hədəfləri var. Hesab edirəm ki, “Zirə”nin müəyyən üstünlüyü olsa da, ümumi mənzərədə şanslar bərabərdir və bizi maraqlı qarşılaşma gözləyir”.
V.Sadıqov "Sabah" - "Qarabağ" oyunu barədə də fikirlərini bölüşüb: “Düşünürəm ki, “Qarabağ” mövsümü titulsuz başa vurmamaq və nüfuzunu qorumaq üçün kubokda uğur qazanmağa çalışacaq. Bu mövsüm “Sabah”a qarşı oyunlarda istədiyi nəticələri hər zaman əldə edə bilməyib. Bu da onu göstərir ki, iki güclü komanda üz-üzə gələcək və bizi gərgin mübarizə gözləyir”.
AFFA rəsmisi qeyd edib ki, kubok oyunlarının spesifikası nəticələri əvvəlcədən proqnozlaşdırmağa imkan vermir: “İlk qarşılaşmaların nəticələrini də nəzərə alsaq, cavab matçlarında gərgin və rəqabətli oyunlar izləyəcəyik. “Sabah” həm çempionatda, həm də kubokda uğurlu çıxışını davam etdirmək niyyətindədir. “Qarabağ” isə son illərin ən stabil komandalarından biridir və yenə yüksək nəticə qazanmağa çalışacaq. Ümumilikdə, şansları bərabər qiymətləndirirəm”.
Qeyd edək ki, bu gün Azərbaycan Kubokunda ilk finalçı müəyyənləşəcək. Yarımfinalın cavab matçında “Turan Tovuz” “Zirə”nin qonağı olacaq. İlk görüşdə Bakı klubu 2:0 hesablı qələbə qazanıb. Digər cavab görüşü isə aprelin 22-də “Sabah” ilə “Qarabağ” arasında keçiriləcək. İlk matçda qalib müəyyənləşməyib – 2:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:36]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [20:07]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [17:22]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:14]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]