“VARLI QADIN”I GÖRMƏK İSTƏYİRSİNİZSƏ...
Martin 7-də və 8-də Milli Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” iki hissəli komediyasının premyerası olacaqdır.
Teatrdan AZƏRTAC-ın müxbirinə demişlər ki, komediyada yaşadığımız cəmiyyətin ağrılı bəlası sayılan pula hərislik, onu bütün dərdlərin dərmanı kimi qəbul edərək əksər insanların müxtəlif eybəcər, riyakar vasitələrlə sərvət qazanmaq marafonuna qoşulmaları çevik ritm üzərində qurulub. Əsərdə həmin marafonda öz mənəviyyatlarını itirərək irəlidə gedənlər də, ləyaqətini qoruyaraq əl-ayaq altında qalıb əzilənlər də konkret süjetin bədii səhnə təcəssümündə yumorun incəliyi və zərifliyi ilə öz müsbət həllini tapıb. Belə ki, maddi cəhətdən həyatın dibinə düşüb kasıblamış bir ailə qəfildən çox böyük məbləğdə pula sahib olur və bundan sonra ailə üzvlərinin başına gələn hadisələr komik vəziyyətlərdə özünü göstərir. Komediya elementləri, qrotesk, sarkazm, məsxərə, lirik haşiyələr, dramatik vəziyyətlər tamaşaya rəngarənglik gətirir.
Tamaşanın quruluşunu teatrın rejissoru Bəhram Osmanov vermişdir. Əsərin bədii quruluşu əməkdar rəssam İsmayıl Məmmədova, musiqi tərtibatı Səbuhi Məmmədova məxsusdur.
Komediyada baş rollarda respublikanın xalq artistləri Səyavuş Aslan, Firəngiz Mütəllimova, əməkdar artistlər Mehriban Xanlarova, Telman Əliyev və başqaları çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:10]
Şuşanın Qarabağ küçəsi: Otuz illik həsrətdən sonra doğma ocağa qayıdış
- 10.08.2026 [14:55]
Mədəniyyət naziri Laçında vətəndaşların müraciətlərini dinləyəcək
- 10.08.2026 [12:57]
Səsi ilə yaddaşlarda yaşayan sənətkar – Qəndab Quliyeva
- 10.08.2026 [12:53]
“Tanrının Zirehi: Ultimatum” filminin Azərbaycanda çəkilişləri davam edir
- 10.08.2026 [12:12]
Ankarada III Beynəlxalq Türk dünyası festivalı təşkil olunub
- 10.08.2026 [11:05]
Sözün illüstrasiya naxışı: Kazım Kazımzadənin yaradıcılıq dünyası
- 09.08.2026 [14:26]