Azərbaycan Dövlət İnformasiya Agentliyi

Varşavada Azərbaycan-Polşa diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş sərgi açılıb

Varşava, 6 aprel, AZƏRTAC

Varşavanın Lajenki Kral Muzeyində Azərbaycan və Polşa arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr olunmuş sərginin açılışı olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Polşa Seyminin və Senatının üzvləri, Polşa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri və müavinləri, Polşa hökuməti, akademik, incəsənət və biznes dairələrin nümayəndələri, Polşanın müftisi və dini icmaların üzvləri iştirak ediblər.

Sərgidə təqdim olunan tarixi fotoşəkillər və materiallar Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Azərbaycan Milli Arxiv İdarəsi və Varşavadakı Tarix Görüş Evinin dəstəyi ilə toplanıb. Görkəmli Azərbaycan memarı, professor Elçin Əliyev və Polşa Fotoqrafları FORUM Agentliyinin üzvü Kşiştof Voyçik sərginin baş tutmasına önəmli töhfə veriblər.

Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova cari ildə 4 mühüm yubileyin qeyd olunduğunu bildirərək 2022-ci ilin xalqlarımız arasında münasibətlərin 550 illiyi, diplomatik münasibətlərin 30 illiyi və strateji tərəfdaşlığın 5 illiyi, habelə Papa II İoan Pavelin Azərbaycana apostolik səfərinin 20-ci ildönümü ilə xarakterik olduğunu diqqətə çatdırıb.

Səfir vurğulayıb ki, Şərqlə Qərbin qovuşduğu yer olan Azərbaycan çoxsaylı mədəniyyətlərin Vətənidir. Bu diyarda böyük sivilizasiyalar - Zərdüştlük Qafqaz Alban Kilsəsinin Xristianlığı ilə çiyin-çiyinə yaşayıb, Yəhudilik və İslam bölgənin mədəniyyətinə öz xüsusi töhfələrini verib. Bu nailiyyətlər II İoan Pavelin Azərbaycan haqqında dediyi kimi tolerantlıq və qarşılıqlı anlayış ruhu nəticəsində mümkün olub. Bu gün Azərbaycan cəmiyyətinə xas olan multikulturalizm və tolerantlıq milli mənsubiyyətindən, dilindən və dinindən asılı olmayaraq, hər bir vətəndaşımızın həyatının ayrılmaz xüsusiyyətinə çevrilib.

Ardınca səfir Azərbaycanın 200 illik polyak irsinə ev sahibliyi etdiyini xatırladaraq qeyd edib ki, XX əsrin əvvəllərində polyaklar Azərbaycanda memar və hüquqşünas, mühəndis və ziyalı, müəllim və hərbi qulluqçu, biznesmen və dövlət xadimi kimi fərqləniblər. Onlar Şərqdə və türk dünyasında ilk dünyəvi parlamentli demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında yaxından iştirak ediblər. Polyak vətəndaşlarımız demək olar ki, bütün hökumət strukturlarında, parlamentdə və məhkəmə sistemində təmsil olunaraq ümumi vətənimiz olan Azərbaycanın maraqları üçün səylərini əsirgəməyiblər. Həmin görkəmli şəxsiyyətlər sırasında XIX əsrin sonu - XX əsrin əvvəllərində Bakının əlamətdar transformasiyasında mükəmməl irs qoyan polşalı memarların rolu vurğulanıb. Neft sənayesindəki kütləvi bum nəticəsində “Qafqazın Parisi”nə çevrilən Bakının məhz polyak memarlıq fenomeninin şahidi olduğu bildirilib.

N.Qurbanova şəhərin qurulmasına ardıcıl olaraq polyak əsilli üç baş memarın - Yozef Qoslavski, Kazimierz Skoreviç və Yozef Ploşkonun, həmçinin Bakı Şəhər Şurasının memarlıq şöbəsində çalışan Yevgenius Skibinskinin nəzarət etdiyini xatırlayaraq, onların həmin dövrdə bir sıra inanılmaz binaların dizaynını hazırladıqlarını deyib.

Polyak memarlığının töhfələrinin Azərbaycanın digər bölgələrinə də yayıldığı haqqında məlumat verən səfir diqqətə çatdırıb ki, Yozef Ploşko Şamaxı şəhərində zəlzələdən sonra Cümə məscidinin yenidən qurulmasına rəhbərlik edib, İqnası Kşıştaloviç həmin dövrdə Gəncənin baş memarı olub. Sürgündə olan polyak əsgərləri tərəfindən tikilən katolik kilsələri hələ də Qusar və Zaqatala şəhərlərində mövcuddur.

N.Qurbanova əlavə edib ki, 1 ay müddətində Varşavanın ən prestijli məkanlarından olan Kral Lazienki parkında sərgilənəcək tarixi fotoşəkil və materiallar ölkəmizdəki 200 illik polyak mirasının Polşa ictimaiyyətinə təqdim olunmasına imkan yaradır. Cari il mayın 27-dən etibarən “LOT” Polşa çilli aviaşirkətinin həftədə 4 dəfə olmaqla, Bakıya birbaşa uçuş həyata keçirəcəyini xatırladan səfir birbaşa hava əlaqəsinin polşalı dostlarımız üçün təkcə Azərbaycana səyahət imkanı yaratmadığını, eyni zamanda, ölkəmizdəki rəngarəng polyak irsdən zövq almaq fürsəti yaratdığını bildirib.

Professor Elçin Əliyev çıxış edərək polyak memarların Azərbaycandakı yaradıcılıq fəaliyyəti və möhtəşəm əsərləri haqqında iştirakçılara məlumat verib. O qeyd edib ki, Azərbaycanlı və Bakıda yaşayan əcnəbi milyonçular tərəfindən Avropanın hər yerindən dəvət edilən istedadlı memarlar, o cümlədən polyak memarlar öz vəzifələrinə ən yüksək peşəkarlıqla yanaşmaqla yanaşı, bu gün dünyanın bir çox memarlıq müəssisələrində öyrənilən özünəməxsus “Bakı moderni” üslubunu yaradıb, onlara öz məhəbbət və könüllərini həsr ediblər. Əlavə olunub ki, Avropanın bütün memarlıq-tikinti təhsil müəssisələrinin tələbələri həmin dövrün ən sürətli inkişaf edən şəhəri olan Bakıya istehsalat təcrübəsinə gəlirdilər və onların böyük əksəriyyətini Polşa memarları təşkil edirdi. Polyak memarların dəqiq sayı bilinməməklə yanaşı, bu günə kimi onlardan 17 nəfərin adı müəyyənləşdirib, 81 binanın müəllifliyi təsdiqlənib və 4 memarın fotoşəkili əldə olunub. Çıxışının sonunda Polşanın memarlıq tədqiqatçıları ilə əməkdaşlığa hazır olduqlarını ifadə edən E.Əliyev qonaqları polyak irsini yerində görmək üçün Bakıya dəvət edib.

Açılışda Lajenki Kral Muzeyinin direktoru Zbiqnev Vaver və Kşıştof Voyçik da çıxış edərək sərgi ilə bağlı təəssüratlarını bölüşüb və mövzunun əhəmiyyətini vurğulayıblar. Polyak xalqının Azərbaycanın mədəni, intellektual, akademik və iqtisadi müxtəlifliyinə verdiyi dəyərli töhfələr fonunda bu qəbildən layihələrin xalqlarımız arasında çoxəsrlik dostluğun və ölkələrimiz arasındakı strateji tərəfdaşlığın ruhuna uyğun işlərə zəmin hazırladığı qeyd olunub.

Tədbir tarixi fotoşəkil və materialların sərgisi, həmçinin məşhur Azərbaycanlı bəstəkarlar Xəyyam Mirzəzadə və Zakir Bağırovun arfa üçün musiqi əsərlərindən ibarət konsert proqramı ilə davam edib.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib