“Vaşinqton Kapitalz” hokkey klubunun baş məşqçisi Todd Rirden istefaya göndərilib
Bakı, 24 avqust, AZƏRTAC
2018-ci ildə çempion olduqdan sonra keçirdiyi son 2 mövsümdə uğursuz çıxış edən “Vaşinqton Kapitalz”da islahatlara start verilib. Milli Hokkey Liqasının (MHL) ən nüfuzlu oyunçularından sayılan Aleksandr Oveçkinin şərəfini qoruduğu komandanın rəhbərliyi bu yöndə ilk addımını atıb.
AZƏRTAC xəbər verir ki, “Vaşinqton Kapitalz”ın baş məşqçisi Todd Rirden istefaya göndərilib. Bu barədə klubun rəsmi saytında məlumat verilib.
Mətbuata açıqlama verən klubun baş meneceri Brayan Maklellan dəyişikliyin zəruri olduğunu bildirib: “Biz komandamıza böyük ümidlər bəsləyirik. Rəhbərlik artıq məsələyə müdaxilə etməli idi. Klubumuzda işlədiyi dövrlərdə çəkdiyi əziyyətə görə Rirdenə təşəkkür edirik. O, bizim komanda üçün önəmli sima idi. 2018-ci ildə Stenli Kubokunu qazanarkən də Todd komanda üçün əlindən gələni etmişdi. Biz ona gələcək karyerasında uğurlar arzulayırıq”.
Xatırladaq ki, 49 yaşlı Rirden “Vaşinqton Kapitalz” tarixinin 18-ci baş məşqçisi olub. 2018-ci ildə Stenli Kubokunu qazanan komandanın “sükanı arxasına” keçən Rirden ardıcıl 2 mövsüm komandanı pley-offa çıxarsa da, kollektiv hər iki cəhddə ilk mərhələdə mübarizəni dayandırıb. Ötən il Aleksandr Oveçkinin lider olduğu komanda 7 oyunluq seriyada “Karolina Harrikeynz” qarşısında aciz qalmışdısa, bu mövsüm paytaxt təmsilçisi seriyada “Aylenders”ə 1:4 hesabı ilə məğlub olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [20:28]
Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir
- 15.06.2026 [19:51]
"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb
- 15.06.2026 [18:05]
Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb
- 15.06.2026 [17:27]
Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub
- 15.06.2026 [16:29]
Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar
- 15.06.2026 [16:23]
Tunis yığmasının baş məşqçisi istefa verib
- 15.06.2026 [16:20]
AFFA-nın baş katibi FIFA-nın sammitində
- 15.06.2026 [14:47]