Vatsapdan təhlükəsiz istifadə qaydaları – Elektron Təhlükəsizlik Xidmətindən xəbərdarlıq
Bakı, 25 oktyabr, AZƏRTAC
Vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirin.
AZƏRTAC xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin vətəndaşlara müraciətində bildirilib.
Müraciətdə qeyd olunub ki, vatsap hesabınızın təhlükəsizliyini təmin etmək üçün hesabınıza bağlı olan cihazları mütəmadi olaraq yoxlayın. Əgər bu bölmədə şübhəli görünən və ya tanımadığınız cihaza rast gəlmisinizsə, həmin cihazdan çıxış edin.