Vəkillər Kollegiyasının yeni sədri seçilib
Bakı, 7 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.
AZƏRTAC xəbər verir ki, A.Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin dekabrın 7-də keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib. Aydın Axundov və Pərviz Ələkbərov sədrin müavinləri seçiliblər.
Hüquq elmləri üzrə fəlsəfə doktoru A.Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü olub. O, Hakimlərin Seçki Komitəsinin üzvü, Ədliyyə Akademiyasının Vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsinin dekan əvəzi, Akademiyanın elmi şurasının üzvüdür. A.Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 19 may tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub.
Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]