Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” - konfrans

Bakı, 27 oktyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda birgə vergi konfransı keçirilib.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, vergi qanunvericiliyi və inzibatçılığı sahəsində həyata keçirilən islahatlar, “kölgə iqtisadiyyatı” ilə mübarizə, şəffaflığa əməl edilməsi istiqamətində balansın qorunması kimi mövzulara həsr olunmuş konfransda “AmCham Azərbaycan”a üzv şirkətlərin 100-dən çox nümayəndəsi iştirak edib.

Tədbiri açan “AmCham Azərbaycan”ın icraçı direktoru Gülnarə Aslanbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən 8-ci birgə vergi konfransının dövlət-biznes dialoqu, qarşılıqlı etimadın artırılması və ictimai əməkdaşlığın müzakirəsinə mühüm töhfə verdiyini qeyd edib. Bildirib ki, DVX və “AmCham Azərbaycan” arasında işgüzar əməkdaşlıq mühiti və səmərəli münasibətlər mövcuddur.

“AmCham”ın Vergi və gömrük komitəsinin sədri Nərmin Aslanova Vergi Məcəlləsində ediləcək dəyişikliklərlə bağlı bu günlərdə Palatanın üzvləri ilə geniş müzakirənin aparıldığını vurğulayıb və mövcud pozitiv dialoqun qarşılıqlı etimada gətirdiyini qeyd edib.

“AmCham Azərbaycan”ın 1-ci vitse-prezidenti İlqar Mehti dövlətin və biznesin qarşısında duran vəzifələrin artdığını bildirib, bu kimi görüşlərdə aparılan müzakirələrin təşkilat tərəfindən hazırlanan “Ağ sənəd”in formalaşdırılmasında əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, biznes vergi siyasətinin yumşaq və ya sərt deyil, balanslı olmasının tərəfdarıdır.

Tədbirdə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli “AmCham Azərbaycan”la olan səmərəli işgüzar münasibətləri yüksək qiymətləndirdiyini söyləyib. Təşkilat tərəfindən hazırlanan “Ağ sənəd”də vergilərlə bağlı qaldırılan məsələlərin əhəmiyyətini qeyd edən DVX rəisi sonuncu hesabatda vurğulanmış bir sıra məsələlərin artıq həll olunduğunu diqqətə çatdırıb.

Dövlət Vergi Xidmətində aparılan struktur dəyişikliklərinə toxunan O.Nəzərli vergiödəyicilərinin risklərinin təhlili və onun monitorinqi ilə bağlı yeni struktur yaradıldığını deyərək, bunun növbəti dövrdə müraciət və şikayətlərə daha keyfiyyətli baxmaq imkanı yaradacağına əminliyini ifadə edib. Onun sözlərinə görə, DVX-nin mövcud strukturu vergiödəyicisi təsnifatı və ərazi prinsipi üzrə qurulub. Növbəti mərhələdə isə qurum funksional sahə üzrə idarəetmə prinsipinə keçəcək ki, bu da vergi siyasətini və inzibatçılığını vahid bir şəkildə idarə etməyə, fiskal orqanla vergiödəyiciləri arasında daha şəffaf münasibətlərin formalaşmasına imkan yaradacaq.

Fiskal sahədə şəffaflıq indikatorlarında müsbət nəticələrin olduğunu, vergi daxilolmalarının nominal artım tempinin ÜDM-in nominal artım tempini 7,7 faiz üstələdiyini deyən O.Nəzərli dövlətin iqtisadiyyatın böyüməsində, sahibkarların dayanıqlı gəlirlər sisteminin formalaşmasında maraqlı olduğunu vurğulayıb. Xüsusilə mikro sahibkarlıq subyektlərinin kiçiyə, kiçikdən ortaya çevrilməsinin iqtisadiyyatda keyfiyyət dəyişikliklərini daha da artıra biləcəyini və vergi siyasətinin bu prosesi dəstəkləyəcəyini diqqətə çatdırıb.

DVX rəisi vergi siyasətində gözlənilən dəyişikliklər, ayrı-ayrı seqmentlərdə vergi təşviqinin, haqsız rəqabətin aradan qaldırılması üçün vergi alətlərinin tətbiqinin davam etdiriləcəyini vurğulayıb, vergi inzibatçılığında sahibkarlıq subyektlərini gözləyən müsbət yanaşmalar barədə məlumat verib.

“Deloitte Azərbaycan” şirkətinin idarəedici partnyoru Nuran Kərimov “kölgə iqtisadiyyatı”nın azaldılması istiqamətində ciddi dəyişikliklərin müşahidə edildiyini bildirib. Sahibkarlıq subyektləri üçün açıq reyestr çıxışı olan məlumat bazasının yaradılmasının kontragentlərin seçilməsi prosesinə töhfə verə biləcəyi, vergi və kapitala amnistiyanın şəffaflığın davamlı olmasına mümkün müsbət təsirləri, gələcəkdə ümumbəyannamə sisteminə keçid imkanlarının qiymətləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəisi Nicat İmanov növbəti ilin büdcə-vergi siyasəti çərçivəsində Vergi Məcəlləsində nəzərdə tutulmuş dəyişikliklərin istiqamətləri barədə məlumat verib.

Qeyd edib ki, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli güzəştlər vasitəsilə əhalinin vergi yükünün azaldılması, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizminin və vergi inzibatçılığının təkmilləşdirilməsi əsas prioritet istiqamətlərdir. Vergi siyasətinin hədəfləri yenə də biznesin təşviqi, vergi yükünün optimallaşdırılması və risklərin minimallaşdırılmasıdır. N.İmanov bir çox dəyişikliklərin sahibkarlıq subyektləri ilə keçirilən görüşlərdə geniş müzakirə olunduğunu diqqətə çatdırıb.

“Oba” Marketlər Şəbəkəsinin direktoru Natəvan İbrahimova, “EY Azərbaycan” şirkətinin vergi partnyoru Arzu Hacıyeva, “NEQSOL Holding Azərbaycan” şirkətinin vergi üzrə qrup rəhbəri Rəşad Abbasov, “PWC Azərbaycan”ın vergi direktoru Günel Sadiyeva vergiödəyiciləri arasında keçirilmiş sorğuların nəticələri əsasında şəffaflığın artırılmasında etimadın rolu barədə məruzə ediblər.

Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Elşən Rəhimli “kölgə iqtisadiyyatı”nın azalması istiqamətində əldə olunan nailiyyətlər barədə danışıb, iqtisadiyyatda şəffaflaşma indikatorları üzrə müşahidə olunan göstəricilər, qeyri-neft sektorunda nominal artım templəri, dövriyyələrin səviyyəsində, eləcə də aktiv

vergiödəyicilərinin və əmək müqavilələrinin sayında artım dinamikasının olduğunu vurğulayıb. Bildirib ki, 2023-cü ilin yanvar-avqust ayları ərzində könüllü əməletmənin səviyyəsi ümumi daxilolmalarda 95 faizdən çox olub.

Orxan Nəzərli təqdimatlarda və çıxışlarda səsləndirilmiş təklif və qaldırılmış məsələlərə münasibət bildirib, DVX-nin bununla bağlı ümumi baxış kontekstini açıqlayıb.

Sonda DVX-nin rəis müavini Samirə Musayeva “AmCham Azərbaycan”ın üzvləri tərəfindən səsləndirilmiş çoxsaylı suallara aydınlıq gətirib, biznes üçün nəzərdə tutulan bir sıra müsbət yanaşmalar barədə məlumat verib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələn ilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər