CƏMİYYƏT
Vətən müharibəsi şəhidi Natiq Baxşəliyevin əziz xatirəsi yad edilib
![](/files/galleryphoto/2023/3/1200x630/16983240863648144643_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983240864112424186_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983240863595926097_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983240862125042319_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983240861568862782_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698324086483193704_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/3/1200x630/16983240861424655391_1200x630.jpeg)
Bakı, 26 oktyabr, AZƏRTAC
Azərbaycan xalqı və dövləti qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur. Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda da daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir.
AZƏRTAC xəbər verir ki, Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Baxşəliyev Natiq Saleh oğlunun şəhadət günündə əziz xatirəsi paytaxtın Nəsimi rayonunda dərin hörmət və ehtiramla yad olunub, məzarı üzərinə gül-çiçək dəstələri düzülüb.
Qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığı ilə nəticələnib. Qırx dörd günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.