Vətən müharibəsində yaralanmış Elgün Fərəcovun ailəsinin sosial vəziyyəti öyrənilib
Bakı, 16 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Ucar rayon sakini, Vətən müharibəsində yaralanmış Fərəcov Elgün Həbib oğlunun ailəsi ilə görüşərək onların sosial vəziyyətini öyrəniblər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ailə 10 nəfərdən ibarətdir, Elgünün qardaşı və bacısı da öz ailələri ilə birgə onlarla eyni evdə yaşayır.
Elgünün atası vəfat edib. Anası “DOST İş” Mərkəzi tərəfindən işlə təmin edilib. Hazırda müxtəlif işlərdə fərdi əməklə məşğul olduğunu deyən qardaşına da əmək müqaviləsi əsasında daimi iş təklif edilib.
Qardaşının həyat yoldaşı və Elgünün bacısı hər biri iki azyaşlı uşağa baxırlar. Elgünün nənəsi isə pensiyaçıdır.
Ailəyə ünvanlı sosial yardım proqramı, proqrama necə müraciət edilməsi, sosial yardımın hansı hallarda təyin olunduğu barədə izahatlar da verilib.
Yaxın günlərdə Elgünün əlilliyinin qiymətləndirilməsi aparılacaq və əlillik dərəcəsi verildiyi halda ona aylıq təqaüd və müavinət ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]