VƏTƏNDAŞLARDAN NARKOTİK VASİTƏLƏR GÖTÜRÜLMÜŞ, SAHƏLƏRDƏN ÇƏTƏNƏ KOLLARI YIĞILARAQ MƏHV EDİLMİŞDİR
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əməliyyat tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları Maştağa qəsəbə sakini Ələsgər Əliyevdən 0,819 qram, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları isə Bakı şəhər sakini Şaiq Hacıyevdən 0,243 qram heroin götürmüşlər.
Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tərlan Quliyev 0,545 qram heroini satarkən Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulmuş, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Tapqaraqoyunlu kəndində 0,19 hektar sahədən yabanı halda bitmiş, çəkisi 431 kiloqram olan 1437 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.
Faktlarla bağlı araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]