Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi heç vaxt unutmayacağıq
Bakı, 20 yanvar, AZƏRTAC
Qanlı Yanvarda şəhid olan Vətən övladları Azərbaycanın tarixinə parlaq səhifə yazıb, xalqın azadlığı, müstəqilliyi üçün yol açıblar.
Bu sözləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gələn Sumqayıt sakini Bəxtiyar Allahverdiyev AZƏRTAC-a müsahibəsində bildirib.
B.Allahverdiyev deyib: “Ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Vətən övladları hər zaman qəlbimizdədir. Bu gün xalqımız üçün ən ağır günlərdən biridir. Biz hər il yanvarın 20-sini milli matəm, hüzn günü kimi qeyd edir, həm də o müdhiş gecəni iftixar hissi ilə xatırlayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]