Vikipediyaya Azərbaycan mədəniyyəti haqqında özbək dilində məqalə yerləşdirilib
Daşkənd, 19 fevral, AZƏRTAC
“Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyada Azərbaycan mədəniyyəti haqqında özbək dilində xüsusi bölmə istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bölmədə Azərbaycan mədəniyyəti, ölkənin adı, toponimləri, bu ərazisində mövcud olmuş dövlətlər və s. haqqında məlumat verilir.
Məqalədə dinlər, memarlıq, təsviri sənət, xalçaçılıq, rəssamlıq, heykəltəraşlıq, dil və ədəbiyyat, əlifba, turizm, milli mədəni irsimiz, Azərbaycan folkloru, balet, teatr, kino, adət və ənənələr, ailə, müasir dövr, milli mədəniyyətin inkişafı istiqamətində həyata keçirilən layihələr və s. haqqında geniş məlumatlar öz əksini tapıb.
Bölməyə bu mövzularla bağlı çoxlu fotoşəkillər də daxil edilib.
Qeyd edək ki, layihə Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin informasiya təminatı ilə həyata keçirilir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:29]
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 tamaşa hazırlayıb
- 12.06.2026 [16:03]
Ştutqartda Müstəqillik və Milli Qurtuluş günləri qeyd olunub
- 12.06.2026 [14:34]
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb
- 12.06.2026 [13:54]