“Vilyarreal” klubu İspaniya çempionatında 16 illik rekordunu yeniləyib
Bakı, 9 yanvar, AZƏRTAC
Futbol üzrə İspaniya çempionatının XVIII turunda səfərdə “Selta” üzərində 4:0 hesablı qələbə “Vilyarreal” üçün əlamətdar olub.
AZƏRTAC xəbər verir ki, bu, komandanın ölkə çempionatlarında üçüncü ən böyük hesablı səfər qələbəsi kimi klubun tarixinə düşüb.
“Vilyarreal” sonuncu dəfə bu rekordu 16 il əvvəl - 2005-ci ildə “Real Sosyedad”ı səfərdə dörd cavabsız qolla məğlubiyyətə uğradarkən əldə edib.
Unai Emerinin başçılıq etdiyi kollektiv 18 turdan sonra 32 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.
“Vilyarreal” cari mövsümdə UEFA Avropa Liqasında Ağdamın “Qarabağ” komandası ilə eyni qrupda mübarizə aparıb. “Qarabağ” İspaniya təmsilçisi ilə İstanbulda keçirildiyi ev oyununda 1:3 hesabı ilə uduzub. “Qarabağ” klubu cavab görüşündə iştirak etmədiyi üçün texniki məğlubiyyət (0:3) alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:48]
Arif Əsədov: Dünya çempionatının əsas favoriti kimi Portuqaliyanı görürəm
- 11.06.2026 [11:21]
FIFA beynəlxalq transfer qaydalarında dəyişiklik edib
- 11.06.2026 [11:08]
“Zirə” 5 futbolçusu ilə müqavilənin müddətini uzadıb
- 11.06.2026 [10:57]
Üç futbolçu dünya çempionatı tarixinə düşməyə hazırlaşır
- 11.06.2026 [10:48]
NBA: “Nyu-York Niks” final seriyasında üçüncü qələbəsini qazanıb
- 11.06.2026 [10:27]
"UFC Freedom 250" turniri ilk dəfə Ağ Evin ərazisində keçiriləcək
- 11.06.2026 [08:00]
Bu gün futbol üzrə dünya çempionatı start götürür
- 10.06.2026 [21:36]