“VİSA BUSİNESS GOLD” VƏ “VİSA BUSİNESS” KARTLARINDAN DÜNYANIN 200-DƏK ÖLKƏSİNDƏ İSTİFADƏ ETMƏK OLAR
Bu kartlar şirkət rəhbərləri və əməkdaşlarının ezamiyyət, təsərrüfat və nümayəndəlik xərclərinin ödənilməsi üçün istifadə olunur, kartların sayəsində təşkilatlar tərəfindən bu xərclərin ödənilməsi, eləcə də mühasibatda uçot prosesləri sadələşir.
“Viza Business Gold” və “Visa Business” kartlarından həm Azərbaycanda, həm də dünyanın 200-dək ölkəsində istifadə etmək olar.
Kartlar bankomat və banklar vasitəsilə kart hesabından nağd pul çıxarılması, mal və xidmətlərin nağdsız ödənişlərinin aparılması, nağd pulun digər valyutada, o cümlədən səfərdə olduğunuz ölkənin valyutasında çıxarılması, mehmanxanada otaq sifarişi, avtomobil icarəyə götürülməsi imkanlarını verir.