Vladimir Putin Rəcəb Tayyib Ərdoğanı 70 illiyi münasibətilə təbrik edib
Moskva, 26 fevral, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı 70 illiyi münasibətilə təbrik edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Kremlin məlumatında deyilir: “Telefon danışığı zamanı Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı 70 illik yubileyi münasibətilə səmimi- qəlbdən təbrik edib, onun ölkəsində və xaricdə yüksək nüfuzunu, türk xalqının rifahı naminə uzun illər dövləti fəaliyyətini, xüsusilə də Türkiyənin beynəlxalq arenada mövqelərinin möhkəmlənməsində xidmətlərini qeyd edib.
Putin Rəcəb Tayyib Ərdoğanın Rusiya-Türkiyə dostluq münasibətlərinin inkişafına mühüm şəxsi töhfəsini vurğulayıb. Onların daha da hərtərəfli inkişafına qarşılıqlı niyyət təsdiqlənib. Müxtəlif səviyyələrdə təmasların davam etdirilməsinə dair razılıq əldə olunub”.
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]
BMT: Qara dəniz limanlarının blokadası ərzaq çatışmazlığına səbəb ola bilər
- 23.09.2026 [10:12]