Vladimir Putin: Rusiya Ukrayna ilə danışıqlardan imtina etmir
Moskva, 15 sentyabr, AZƏRTAC
Rusiya Ukrayna ilə danışıqlardan heç vaxt imtina etməyib və etmir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə Soçidə keçirilən danışıqlardan sonra jurnalistlərə bildirib.
O deyib ki, əgər əks tərəf də hazırdırsa, Rusiya danışıqlardan heç zaman imtina etməyib. “Baxın, mən deyirəm, digər tərəfi isə biz nədənsə eşitmirik”, - deyə V.Putin vurğulayıb.
Rusiya Prezidentinin sözlərinə görə, ABŞ Ukraynaya təsir göstərir və hər şeyi güc hesabına həll etmək istəyir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]