Volodimir Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Bakı, 16 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə hər hansı şərt olmadan görüşməyə hazır olduğunu açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Ukraynanın dövlət başçısı bu barədə Sky News telekanalına müsahibəsində deyib. Volodimir Zelenskinin sözlərinə görə, o, ABŞ Prezidenti Donald Trampın iştirakı ilə üçtərəfli görüşə hazırdır, lakin görüş Moskvada keçirilməməlidir.
Qeyd edək ki, Ukrayna lideri bundan əvvəl münaqişənin başa çatması üçün Donald Trampa müəyyən şərtlər irəli sürmüşdü. Ukraynanın “Trampın dəqiq mövqeyinə” ehtiyacı olduğunu vurğulayan Ukrayna prezidenti silahlı münaqişənin dayandırılması üçün respublikaya təhlükəsizlik zəmanətlərinin əvvəlcədən verilməsinin yeganə yol olduğunu demişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]
İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb
- 30.09.2026 [17:19]