Volodimir Zelenski Vaşinqtonda ABŞ Prezidenti ilə görüşə bilər
Bakı, 15 sentyabr, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 78-ci sessiyasında iştirak etmək üçün ABŞ-a gedəcək.
AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, Ukraynanın dövlət başçısı səfər zamanı Vaşinqtonda ABŞ Prezidenti Cozef Baydenlə görüşə bilər. Görüşün sentyabrın 21-də baş tutacağı ehtimal edilir. Lakin Ağ Ev bu məlumatı hələlik təsdiqləməyib.
Ukrayna prezidenti, həmçinin Konqresdə də bir sıra mühüm görüşlər keçirməyi planlaşdırır. Bu görüşlər Birləşmiş Ştatlarda yaranan hazırkı vəziyyətdə böyük əhəmiyyət kəsb edir. Belə ki, Konqres hazırda Ukraynaya əlavə olaraq 21 milyard dollar həcmində yardım ayrılması barədə Cozef Baydenin müraciətini nəzərdən keçirir.
Qeyd edək ki, ABŞ Prezidentinin Ukraynanı Rusiya təcavüzünə qarşı sonadək dəstəkləyəcəyi barədə bəyanatına baxmayaraq, müharibə uzandıqca Vaşinqtonun Kiyevə göstərdiyi yardımın həcmi ilə bağlı fikir ayrılığı artır. 2022-ci ilin dekabrına ABŞ Konqresində çıxış edən Volodimir Zelenski Ukraynaya edilən yadımın “ianə” deyil, “qlobal təhlükəsizliyə və demokratiyaya yatırım” olduğunu demişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [22:11]
Fransa Böyük Britaniya ilə qeyri-qanuni miqrasiya sazişini dayandırır
- 30.09.2026 [21:55]
Mərkəzi Asiyanı Pakistan limanları ilə birləşdirəcək yeni layihə
- 30.09.2026 [19:39]
Almaniyada inflyasiya son üç ildə ilk dəfə 3 faizi ötüb
- 30.09.2026 [18:14]
Rusiya dizel ixracına qadağanın müddətini uzadıb
- 30.09.2026 [17:47]
İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb
- 30.09.2026 [17:45]