Azərbaycan Dövlət İnformasiya Agentliyi

Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır

Vüqar Rəhimzadə: Azərbaycan mətbuatı dövrün tələblərinə uyğun təkmilləşir, modernləşir, prinsipləri isə dəyişməz qalır

Bakı, 21 iyul, AZƏRTAC

“Mətbuat bütün dövrlərdə həqiqət carçısı olmuş, öz missiyasını yüksək səviyyədə yerinə yetirməyə səy göstərmişdir. Milli mətbuatımızın müstəqillik dövründən bəhs edərkən öncə göz önünə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu istiqamətdə göstərdiyi xidmətlər gəlir. Mətbuatın cəmiyyətdə rolunu önə çəkən Ümummilli Lider onun müstəqil, azad fəaliyyətinin təmin olunması, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirmişdir. Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərliyi illərində dövrün tələblərinə uyğun olaraq atılan addımlar hər sahədə olduğu kimi, mətbuatın da inkişafında özünü qabarıq şəkildə büruzə verirdi. Ulu öndər Heydər Əliyev kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, mətbuatın iqtisadi müstəqilliyinin, jurnalistlərin peşəkarlığının artırılması məqsədilə biri-birindən əhəmiyyətli fərman və sərəncamlar imzalamışdır. Ümummilli Liderin ən böyük tarixi xidmətlərindən biri də imzaladığı Fərman əsasında mətbuat üzərində senzuranın götürülməsidir. Bu mühüm addım mətbuatın inkişafında yeni bir mərhələnin əsasını qoydu. Məhz bu diqqət və qayğı, azad sözə verilən dəyər ulu öndər Heydər Əliyevi jurnalistlərin yaxın dostu, mətbuatın böyük hamisi kimi tanıtdı və bir daha təsdiq etdi. Ümummilli Lider 2002-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq görüldü”.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında bildirib.

V.Rəhimzadə vurğulayıb ki, bu gün ölkəmizdə söz və mətbuat azadlığı üçün heç bir maneə yoxdur, mətbuat nümayəndələri istənilən mövzu ətrafında öz fikirlərini ifadə edir, fikir azadlığı mövcuddur, bir sözlə cəmiyyətin informasiya tələbatı yüksək səviyyədə ödənilir. Bu gün Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında öz liderliyini qoruyur. Ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Təbii ki, bu, ölkəmizdə demokratiyanın inkişafının göstəricilərindəndir.

Baş redaktor son 16 ildən artıq dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizdə kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyət göstərməsi, jurnalistlərin öz iradələrini, mövqelərini azad şəkildə ifadə etmələri üçün bütün zəruri imkanlar yaradıldığını qeyd edib: “Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çoxşaxəli islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Modernləşmə, yeniləşmə, dövrün tələblərinə uyğun təkmilləşmə mətbuatdan da yan keçməyib. Mətbuat daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. 2005, 2010 və 2015-ci illərdə Azərbaycan milli mətbuatının yaranmasının 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, bu münasibətilə Azərbaycan mətbuat işçilərinin təltif edilməsi, fəxri adlar verilməsi, kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi jurnalistlərin əməyinə dövlətin yüksək qiymətinin əyani təzahürüdür. Həmçinin Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” Sərəncamı, bu sənədə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da təsdiqləyir ki, mətbuata göstərilən qayğı davamlı və sistemli xarakter daşıyır. Ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev jurnalistlərin dostu, mətbuatın hamisi kimi dəstəyini də davamlı edir və bu, media ictimaiyyəti tərəfindən yüksək dəyərləndirilir, onlarda məsuliyyət hissini daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin son 16 ildən artıq dövrdə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi də deyilənlərin təsdiqidir”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan dövlətinin iqtisadi qüdrətinin artması KİV-in və jurnalistlərin problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirilməsindən də aydın görünür. Belə ki, Prezident İlham Əliyevin dünyada analoqu olmayan addımı - mətbuat işçilərinin mənzil probleminin həll edilməsi ilə bağlı sərəncamları ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır: “Bu istiqamətdə ilk Sərəncam 2010-cu ildə imzalanaraq 2013-cü ildə birinci bina jurnalistlərin ixtiyarına verildi. Həmin gün növbəti Sərəncam imzalandı və ikinci binanın təməli qoyuldu. Atılan bu addımların davamlı olacağı dövlətimizin başçısı İlham Əliyevin 2017-ci ildə ikinci binanın açılışında söylədiyi “Mən həmişə çalışmışam və çalışıram ki, jurnalistlərə öz dəstəyimi göstərim. Mənim jurnalistlərlə çoxsaylı görüşlərim, səmimi söhbətlərim bunu göstərir. Xüsusilə jurnalistlər üçün binaların tikilməsi də bu siyasətin bir təzahürüdür. Bu təşəbbüs bir neçə il bundan əvvəl irəli sürülmüşdü, jurnalistlər belə məsələ qaldırmışdılar, mən də buna müsbət reaksiya verdim və nəticə etibarilə artıq biz burada ikinci binanın açılışını qeyd edirik. Xatırlayıram, 4 il bundan əvvəl birinci binanın açılışında mən demişdim ki, yəqin gələcəkdə bu əraziyə “Jurnalistlər şəhərciyi” deyiləcək və bu, belə də oldu. Artıq bu gözəl yer “Jurnalistlər şəhərciyi”dir, burada üçüncü bina da tikiləcək. Əlbəttə ki, biz jurnalistlərin məişət problemlərinin həlli üçün gələcəkdə əlavə tədbirlər görəcəyik” fikirlərində də öz aydın ifadəsini tapmışdır. Artıq üçüncü binanın istifadəyə verilməsi nəzərdə tutulur. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, azad mətbuatın inkişafında bundan sonra da fəal olacaq”.

Vüqar Rəhimzadə dövlətin mətbuata diqqət və qayğısı ilə yanaşı, jurnalistlərin üzərinə düşən vəzifələrdən də danışıb. Bildirib ki, müharibə şəraitində yaşayan ölkənin mətbuatı həqiqətlərimizin təbliğində, düşmənlə ideoloji mübarizədə fəal iştirak etməli, milli maraqlarımızı yüksək səviyyədə qorumalı, birlik, həmrəylik nümayiş etdirərək ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələrin əks təbliğatını reallıqlarımızla cavablandırmalıdır.

Dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamını mətbuata diqqət və qayğının ən yüksək səviyyədə olması ilə əsaslandıran baş redaktor bu dövrdə də mətbuatın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb: “Maarifləndirmə işinin lazımi səviyyədə qurulması üçün yazılı və elektron KİV-lər daha fəal olmalı, Azərbaycan dövlətinin koronavirusa qarşı mübarizə tədbirlərində üstünlük verdiyi özünütəcrid qaydalarının təbliğinə öz davamlı töhfələrini verməlidir. Azərbaycan pandemiya dövründə nəinki daxildə, eyni zamanda, beynəlxalq səviyyədə atdığı addımları ilə diqqət çəkir. Bu addımların əsl mahiyyətini, Azərbaycanın beynəlxalq aləmdə artan rolunun və mövqeyinin göstəricisi olduğunu geniş şəkildə təbliğ etməliyik. Azərbaycan müstəqil siyasəti ilə beynəlxalq birliyin fəal üzvünə çevrilib. Bu gün ölkəmizə hansı sahədən baxsaq, böyük inkişafın, tərəqqinin şahidi olarıq”.

V.Rəhimzadə hazırda yeganə problemimizin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olduğunu önə çəkərək, diqqəti son günlər Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribata, Azərbaycan Ordusunun bu təxribatın qarşısını qətiyyətlə almasına yönəldib: “Növbəti qələbəmiz bir daha bu əminliyə əsas verir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycan hərb yolunu seçərsə, rəşadətli ordusunun gücü, qüdrəti sayəsində işğal altında olan torpaqlarını azad etmək iqtidarındadır. Bu gün mətbuatın qarşısında dayanan əsas vəzifələrdən biri məhz informasiya təhlükəsizliyini qorumaqla, müasir dövrün imkanlarından maksimum istifadə edərək həqiqətlərimizi, ermənilərin iç üzünü bir daha dünya ictimaiyyətinə çatdırmaqdır. Həmkarlarıma qələbə sevincimizin müjdəçisi olmağı, modernləşmə, obyektivlik, kreativlik, qabaqcıl texnologiyaların tətbiqi kimi prinsipləri hər zaman fəaliyyətlərinin önündə saxlayaraq dövlətçiliyimizin möhkəmləndirilməsinə töhfələrinin davamlılığını arzulayıram. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində vurğuladığı kimi, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Marius Vizer: Qoy, cüdo ziddiyyətli dünyada birlik, dostluq və sülhün ilham mənbəyi olsun