Vüsalə Rafiqqızı: Bu gün qeydə alınan zəlzələlərə görə təşviş yaratmağa ehtiyac yoxdur
Bakı, 16 fevral, AZƏRTAC
Təşviş yaratmağa ehtiyac yoxdur. Bu gün qeydə alınan hər iki zəlzələ zəif zəlzələdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.
“Şamaxıda qeydə alınan və maqnitudası 3.8-ə bərabər olan zəlzələ hiss olunmayıb. Lənkəran Lerik sərhədində qeydə alınan və maqnitudası 3,5-ə bərabər olan yeraltı təkanlar isə Lerikdə 3 bala qədər hiss edilib. Hər iki təkanda dərinlik Yer səthinə yaxındır. Şamaxıda dərinlik 4 kilometr, Lənkəran Lerik sərhədində 10 kilometrdir”, -deyə V.Rafiqqızı bildirib.
Onun sözlərinə görə, bu gün zəlzələ qeydə alınan ərazilər seysmik aktiv bölgələrdə yerləşir. Belə bölgələrdə vaxtaşırı hiss olunan və hiss olunmayan təkanların qeydə alınması mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:17]
Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ
- 05.10.2026 [12:53]
Sabah yağış yağacaq VİDEO
- 04.10.2026 [13:10]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 03.10.2026 [13:50]
Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [16:41]