VYANADA “AZƏRBAYCAN ƏDƏBİYYATI” GUŞƏSİ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Vyanada fəaliyyət göstərən “Azər-ATA” Cəmiyyəti və ölkəmizin Avstriyadakı səfirliyi Vyana şəhər kitabxanasında “Azərbaycan ədəbiyyatı” guşəsinin yaradılması barədə razılıq əldə etmişlər. Mədəniyyət və Turizm Nazirliyi guşə üçün zəngin kitab kolleksiyası hazırlamışdır.
Kolleksiyaya Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti, ədəbiyyatı, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan, rus, ingilis, alman dillərində kitab və elektron nəşrlər və uşaq ədəbiyyatı daxil edilmişdir.
Materialların arasında “Heydər Əliyev və milli-mənəvi dəyərlər”, “Heydər Əliyev və mədəniyyət”, “Mədəniyyətimizin və mədəni incilərimizin hamisi”, Tofiq Köçərlinin “Erməni saxtakarlığı”, “Azərbaycan publisistikası antologiyası” və digər nəşrlər vardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]