“World Masters” turnirində daha 3 cüdoçumuz iştirak edəcək
Bakı, 13 yanvar, AZƏRTAC
Qətərin paytaxtı Dohada Azərbaycan cüdoçularının da iştirak etdiyi “World Masters” turniri davam edir.
AZƏRTAC xəbər verir ki, turnirin 3-cü günü daha 3 cüdoçumuz mübarizəyə qoşulacaq. Belə ki, 100 kiloqram çəki dərəcəsində idmançılarımız Elmar Qasımov Rafael Buzakarini (Braziliya), Zelim Kotsoyev isə Ramadan Dervişi sınağa çəkəcəklər.
Qadınların mübarizəsində isə cüdoçumuz İrina Kindzerska (78 kiloqramdan yuxarı) ilk mərhələdə almaniyalı Yasmin Qrabovski və litvalı Sandra Yablonskite qarşılaşmasının qalibi ilə gücünü sınayacaq.
Qeyd edək ki, “Tokio-2020”yə Olimpiya lisenziya xalları verəcək yarışda ölkəmizi 7 cüdoçu təmsil edir. Bundan əvvəl kişilərin yarışında Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq), qadınlar arasında Aişə Qurbanlı və Leyla Əliyevanın (48 kq) çıxışları uğurlu alınmayıb.
Bu gün başa çatacaq turnirdə 69 ölkədən 400-ə yaxın cüdoçu iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]