WTF qarışıq komanda yarışlarının “Paris-2024”ün proqramına daxil edilməsi üçün təklif hazırlayır
Bakı, 27 noyabr, AZƏRTAC
Dünya Taekvondo Federasiyası (WTF) Beynəlxalq Olimpiya Komitəsinə (BOK) qarışıq komanda yarışlarının “Paris-2024” Olimpiya Oyunlarının proqramına daxil edilməsi üçün təklif hazırlayır.
AZƏRTAC xəbər verir ki, Tokioda keçiriləcək Olimpiya Oyunları ərəfəsində WTF analoji təşəbbüslə çıxış etsə də, nə yarışın Təşkilat Komitəsi, nə də BOK tərəfindən dəstəklənməyib. WTF Şurasının onlayn iclası zamanı BOK üzvləri Paris Oyunları üçün tədbirlər cədvəlinin formalaşdırılması ilə bağlı müzakirələr aparıblar.
Tokioda keçiriləcək Olimpiya Oyunları ilə bağlı məsələlərin müzakirəsi zamanı WTF rəhbəri Çunqvon Ço Oyunlar ərəfəsində Yaponiyanın paytaxtında Qran-Pri turnirini keçirmək istədiyini bildirib. Ç.Ço noyabrın 27-28-də Səudiyyə Ərəbistanının Gender Bərabərliyi və Qadın Liderliyi Forumu çərçivəsində keçirilməsi planlaşdırılan qadınlar arasında açıq çempionata yüksək səviyyədə ev sahibliyi edəcəyinə ümid bəslədiyini də bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]
“Turan Tovuz” – “Fənərbağça” oyununa 20 mindən çox bilet satılıb
- 01.10.2026 [10:15]
Bakıda üzgüçülük üzrə Dünya Kuboku start götürüb
- 01.10.2026 [10:05]