WUF13 çərçivəsində rəqəmsal innovasiya və iqlimə dayanıqlı mənzil modelləri müzakirə olunur
Bakı, 22 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Gələcək üçün binalar - rəqəmsal innovasiya vasitəsilə iqlim-mənzil əlaqəsinin inkişafı” mövzusunda tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə iqlim dəyişiklikləri fonunda dayanıqlı şəhər inkişafı, rəqəmsal texnologiyaların mənzil və şəhərsalma sahəsində tətbiqi, insan mərkəzli urbanizasiya modelləri və yaşıl şəhər həlləri müzakirə olunur. Sessiyada, həmçinin şəhər yenidənqurma layihələrində sosial inklüzivlik, ekoloji davamlılıq və rəqəmsal idarəetmə məsələlərinə diqqət yetirilir.
Müxbir - Günel Alıyeva
Fotoqraf - İlkin Cavanşirov