İQTİSADİYYAT
www.e-pul. az portalı müştərilərə funksional, rahat və təhlükəsiz məhsul təqdim edir
Məlumat Hesablama Mərkəzindən AZƏRTAC-a bildirilib ki, bazarda hazırda oxşar xidmətləri təqdim edən bir neçə müxtəlif sayt fəaliyyət göstərir. Bu saytın ən mühüm xüsusiyyəti plastik kartlarla bağlı məlumatların qeydiyyata alınmasıdır. Kartla bağlı məlumatları daxil etdikdən sonra sistem bu kartı yadda saxlayır.
Qeyd edək ki, www.e-pul.az portalı beynəlxalq təhlükəsizlik standartlarına uyğun bütün sertifikasiyalardan keçmişdir.
Digər əhəmiyyətli funksiyalardan biri hesabların ödənilməsidir. Sadəcə ödənişlərin təkrarlanma tezliyi və məbləği daxil edilir və sistem özü avtomatik olaraq vaxtı-vaxtında ödənişləri edir və email ünvana bu barədə müvafiq bildiriş göndərilir. Bundan əlavə, borcların izlənilməsi kimi faydalı bir funksiya da vardır. Bu bölmədə hesablar avtomatik olaraq yenilənir və ödəniş vaxtı çatanda qaimələr dərhal səhifədə görünür. Burada istifadəsi asan və son dərəcə faydalı olan şəxsi kabinet də fəaliyyət göstərir.