Xaçmaz rayon sakininə ağır xəsarətlər yetirən şəxs cinayət məsuliyyətinə cəlb olunub
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 29-da Quba Rayon Polis Şöbəsinə Xaçmaz rayon sakini Ş.Arginiskinin qapalı kəllə-beyin və kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla hadisənin həmin gün saat 19 radələrində rayonun Gültəpə kəndi ərazisində Xaçmaz şəhər sakini X.Aydınov tərəfindən törədildiyi müəyyən edilib.
Qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən X.Aydınov əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]