XAÇMAZ RAYONUNUN NİYAZOBA KƏNDİNDƏ XIRDABUYNUZLU HEYVANLAR ARASINDA BRUSELLYOZ XƏSTƏLİYİ KÜTLƏVİ ŞƏKİLDƏ YAYILMAMIŞDIR
Bəzi kütləvi informasiya vasitələrində Xaçmaz rayonundakı Niyazoba kəndinin sakinlərinə istinadla kənddə xırdabuynuzlu heyvanlar arasında brusellyoz xəstəliyinin kütləvi şəkildə yayılması barədə məlumat yayılmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) AZƏRTAC-a bildirmişlər ki, məlumatda faktlar şişirdilmişdir. Məsələ burasındadır ki, kənd əhalisinə məxsus 1217 baş xırdabuynuzlu heyvandan diaqnostika məqsədi ilə qan alınmışdır. Seroloji müayinə nəticəsində 14 baş ana qoyunun qanı brusellyoza qarşı müsbət reaksiya vermişdir. Bu halda isə kütləvilikdən söhbət belə gedə bilməz.
Dövlət Baytarlıq Xidməti xatırladır ki, təlimata uyğun olaraq, xəstə heyvanlar vaxtında təcrid edilərək zərərsizləşdirilir. Eyni zamanda, heyvan sahibinin təsərrüfatında dezinfeksiya işləri aparılır. Profilaktik tədbirlər bütün respublikada həyata keçirildiyindən indi xəstəliyin səviyyəsi əvvəlki illərlə müqayisədə dəfələrlə aşağı salınmışdır.
DBX bu istiqamətdə lazımi tədbirləri davam etdirir və kütləvi informasiya vasitələrinin nümayəndələrini faktları obyektiv işıqlandırmağa çağırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]