Xaçmazda 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anılmışdır VİDEO
Xaçmaz, 20 yanvar (AZƏRTAC). Xaçmaz şəhərindəki Şəhidlər xiyabanında 20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılmışdır.
AZƏRTAC xəbər verir ki, minlərlə xaçmazlı xiyabanda uyuyan şəhidlərin məzarları önünə gül dəstələri düzmüş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olanların xatirəsi önündə baş əymişlər.
Azadlıq yolunda canından keçmiş 20 Yanvar şəhidləri arasında Xacmaz rayon Uzunoba kənd sakini Zahid Adbullayev də olmuşdur. Mərasim iştirakçıları onun xiyabandakı xatirə lövhəsinin önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.
.