Xaçmazda körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb
Xaçmaz, 15 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda Qudyalçay çayı üzərində yerləşən körpünün uçması nəticəsində 3 nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yaralananlar hadisə baş verən vaxt körpünün üzərində hərəkət edən avtomobildə olan şəxslərdir. Avtomobilin çay dərəsinə düşməsi nəticəsində 1966-cı il təvəllüdlü Heybətov Əlisafa Abbas oğlu, 1984-cü il təvəllüdlü Qarayev Əfsun Əsgər oğlu və 1999-cu il təvəllüdlü Səfərəliyev Elvin Tofiq oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rayon Fövqəladə Hallar Komissiyasının sədri, Xaçmaz Rayon İcra Hakimiyyətinin birinci müavini Anar Oruclu bildirib ki, hadisə ilə əlaqədar müvafiq dövlət qurumları səfərbər olunub.
“Hadisə səhər saatlarında olub. Bir neçə gündür şimal bölgəsində dağlarda yağan yağışlar nəticəsində Qudyalçay çayında suyun səviyyəsi artıb, çaya sel gəlir. İlkin ehtimala görə, sel sularının təsirindən dayaqlar zədələnib və nəticədə körpü uçub. Sakinlər körpü yenilənənədək bir sıra istiqamətlərdə alternativ yollardan istifadə edəcək”, - deyə Anar Oruclu bildirib.
Hazırda hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, Fövqəladə Hallar Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və digər əlaqədar dövlət qurumlarının nümayəndələri, xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub. Ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [12:16]
Qobustanda əmək yarmarkası: yeni vakansiyalar açıqlandı
- 06.06.2026 [11:39]
Naxçıvanda iyun ayının pensiyaları ödənilib
- 06.06.2026 [09:50]
Göyçayda taxıl biçininə başlanılıb
- 06.06.2026 [09:12]
Oğuzda fermer və sahibkarlarla müzakirələr aparılıb, təkliflər dinlənilib
- 05.06.2026 [21:42]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [20:51]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]
Gəncə “Avropa Şəhərciyi-2026” tədbirinə ev sahibliyi edir
- 05.06.2026 [20:51]
Kapitan: Estoniya yığması ilə oyunda meydana qələbə üçün çıxmalıyıq
- 05.06.2026 [20:28]
MEDİA Azərbaycanla bağlı dezinformasiya iddialarına dair açıqlama yayıb
- 05.06.2026 [20:20]
Bu saata olan əsas xəbərlər
- 05.06.2026 [20:00]
Seçmə mərhələ: Azərbaycan millisi Macarıstana uduzub
- 05.06.2026 [19:59]
Azərbaycanın qadın voleybolçuları İsveç yığması ilə qarşılaşıb
- 05.06.2026 [19:46]
Uşaqlar UNEP-in icraçı direktoruna praktik ekoloji həllər təqdim etdilər
- 05.06.2026 [19:41]
Ədirnə Biennalesində azərbaycanlı rəssamın əsərləri sərgilənir
- 05.06.2026 [19:35]
Tullantıların içərisindən tapılan dəmir pullar uşaqları sevindirib
- 05.06.2026 [19:25]
Rusiyalı mütəxəssis: Xəzərin enməsi prosesi davam edəcək
- 05.06.2026 [19:05]
Milli Məclisin komissiyası CNN-in informasiya təxribatına dair bəyanat yayıb
- 05.06.2026 [19:03]
Azərbaycanın UFC döyüşçüsü: Mən yalnız zirvə üçün çalışıram
- 05.06.2026 [18:52]
Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkovadan
- 05.06.2026 [18:50]
Elnur Səfərov: Dənizin səviyyəsinin azalması prosesi bizi qabaqlayır
- 05.06.2026 [18:50]
Portuqaliya Respublikasının Prezidenti Antoniu Joze Sequrudan
- 05.06.2026 [18:44]
“Aşıq sənətində milli-mənəvi dəyərlər” toplusu nəşr olunub
- 05.06.2026 [18:26]
Norveçin vəliəhd şahzadəsi ağciyər transplantasiyası gözləyir
- 05.06.2026 [18:20]